Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq mərmər aksesuar oğurlandı Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Lakin sakinlər bildirirlər ki, hələlik məsələnin araşdırılması ilə bağlı hər hansı nəticə əldə olunmayıb.
Kənd sakinləri oğurlanan mərmər aksesuarların ümumi dəyərinin 10 min manatdan çox olduğunu iddia edirlər. Onları narahat edən əsas məqam isə oğurluq edən şəxslərin yenidən qəbiristanlığa qayıdaraq digər məzarlara da ziyan vura bilməsi ehtimalıdır.
Ziya Əmirxanlı






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Noyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















