Ağcabədidəki dəhşətli qəzada həlak olanların KİMLİYİ BİLİNDİ

28.02.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb və bir neçə nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı həlak olanların kimliyi müəyyənləşib.
Hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və Bilağan kənd sakini 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həlak olublar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью