Ağcabədidəki dəhşətli qəzada həlak olanların KİMLİYİ BİLİNDİ
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb və bir neçə nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı həlak olanların kimliyi müəyyənləşib.
Hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və Bilağan kənd sakini 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həlak olublar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Dəhşətli partlayışda ölənlərin KİMLİYİ BİLİNDİ
31 Yanvar 2025 13:07
Zərdabdakı qəzada ölən şəxsin kimliyi BİLİNDİ
14 Noyabr 2024 22:50
Xaçmazdakı qəzada ölən piyadanın kimliyi BİLİNDİ
05 Noyabr 2024 14:04
Kürdəmirdəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ
07 Noyabr 2024 11:10
Cəlilabaddakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ
21 Dekabr 2024 00:16

