Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlər ölü ağcaqanadın xortumundan ultranazik biomürəkkəb xətləri çəkmək üçün istifadə ediblər Tədqiqatçılar laboratoriyada yetişdirilmiş ölü dişi ağcaqanadın xortumunu bioprinter üçün təbii “3D-nekrobaşlıq” kimi uyğunlaşdırıblar.
Alimlərin adlandırdığı bu bioloji alət süni mikroiynələrdən həm daha dəqiq işləyib, həm də bahalı mikroskopik iynələrin hazırlanmasına xərcləri azaldıb.
Yüksək dəqiqlikli üçölçülü çap insan saçından daha nazik detallar hazırlamağı tələb edir.
Belə texnologiya tibbdə hüceyrə məhlullarından canlı toxumaların yetişdirilməsi və mikroelektronika kimi sahələrdə vacibdir.
Lakin əsas problem - çap başlıqlarının baha və mürəkkəb konstruksiyaya malik olmasıdır.
Diametri 50 mikrometr olan metal və ya plastik iynələr həm çox bahalıdır, həm də cüzi tıxanma zamanı yararsız hala düşür.
Təbiətdə isə mayeləri vurmaq və ya sorub çıxarmaq üçün hazır “alətlərə” malik saysız-hesabsız orqanizmlər var: əqrəblərin sancaq orqanı, ilanların zəhər dişləri, müxtəlif həşəratların sorucu strukturları.