Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Ağcaqanad xortumu 3D printerdə: elm fantastikası gerçəyə çevrildi

Ağcaqanad xortumu 3D printerdə: elm fantastikası gerçəyə çevrildi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər ölü ağcaqanadın xortumundan ultranazik biomürəkkəb xətləri çəkmək üçün istifadə ediblər

Tədqiqatçılar laboratoriyada yetişdirilmiş ölü dişi ağcaqanadın xortumunu bioprinter üçün təbii “3D-nekrobaşlıq” kimi uyğunlaşdırıblar. Alimlərin adlandırdığı bu bioloji alət süni mikroiynələrdən həm daha dəqiq işləyib, həm də bahalı mikroskopik iynələrin hazırlanmasına xərcləri azaldıb.

Yüksək dəqiqlikli üçölçülü çap insan saçından daha nazik detallar hazırlamağı tələb edir. Belə texnologiya tibbdə hüceyrə məhlullarından canlı toxumaların yetişdirilməsi və mikroelektronika kimi sahələrdə vacibdir. Lakin əsas problem - çap başlıqlarının baha və mürəkkəb konstruksiyaya malik olmasıdır. Diametri 50 mikrometr olan metal və ya plastik iynələr həm çox bahalıdır, həm də cüzi tıxanma zamanı yararsız hala düşür.

Təbiətdə isə mayeləri vurmaq və ya sorub çıxarmaq üçün hazır “alətlərə” malik saysız-hesabsız orqanizmlər var: əqrəblərin sancaq orqanı, ilanların zəhər dişləri, müxtəlif həşəratların sorucu strukturları. Biomimikriya yanaşması bu təbii mexanizmlərin texnologiyada istifadəsini təklif edir. Bu yanaşma həm istehsal dəyərini aşağı salır, həm də plastik tullantıların utilizasiyası problemini aradan qaldırır.

Biomühəndislər müxtəlif canlıların quruluşunu təhlil edərək seçimlərini Aedes aegypti ağcaqanadının dişi fərdlərinə yönəldiblər. Tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.

Araşdırmanın müəllifləri laboratoriyada yetişdirilən dişi ağcaqanadların xortumunu diqqətlə çıxararaq onu standart şprisin plastik ucluğuna yapışqan vasitəsilə bərkidiblər. Daha sonra bu hibrid qurğunu xüsusi hazırlanmış platformaya yerləşdiriblər və ona “nekroprintr” adı verilib.

Ağcaqanadın xortumu mayeləri ötürmək üçün son dərəcə davamlı təbii strukturdur. Onun daxili kanalı cəmi 20 mikrometr diametrə malikdir - bu, ən incə kommersiya mikroiynələrindən iki dəfə nazik və insan saçından dəfələrlə zərifdir. Bununla belə, təbii “iynə” çap zamanı düz formasını qoruyub saxlayır və altlığa toxunduqda əyilmir.

Mühəndislər şprisi biomürəkkəblə dolduraraq ekstrüziya prosesinə başlayıblar. İlk məqsəd bu bioloji mikroiynələrin dözümlülüyünün sərhədlərini müəyyənləşdirmək idi. Məlum olub ki, xortum təxminən 60 kilopaskal daxili təzyiqə tab gətirir. Təcrübələr mikroiynələrin divarlarını yormadan kəsilməz xətt çəkmək üçün materialın axını ilə printer başlığının hərəkət sürəti arasında optimal balansı müəyyən etməyə imkan verib.

Yeni sistemin imkanlarını nümayiş etdirmək üçün tədqiqatçılar bir neçə mikroskopik obyekt hazırlayıblar: nazik arakəsməli “arı pətəyi” formasında qəfəsvari struktur və ağcaqayın yarpağı konturunu yüksək dəqiqliklə çap ediblər.

Hazır konstruksiyalarda xətt qalınlığı 18–28 mikrometr arasında dəyişib. Üstəlik, xortum vasitəsilə polimerlərlə yanaşı, canlı xərçəngəbənzər hüceyrələri və eritrositlər də təhlükəsiz şəkildə keçirilib - hüceyrə membranları zədələnməyib.

Araşdırma göstərib ki, sadə ağcaqanad xortumu mürəkkəb mühəndis detallarını əvəz edə biləcək səmərəli və ucuz alətdir. Texnologiya mikroskopik strukturların minimal xərc ilə hazırlanmasına imkan verir, çünki laboratoriya şəraitində ağcaqanadların yetişdirilməsi çox ucuz başa gəlir. Gələcəkdə bu tip yenilənə bilən bioiynələrin klinik analizlərdə, mikrotexnologiyada və hüceyrə karkaslarının yaradılmasında geniş tətbiq tapacağı gözlənilir.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri