Ağdamdakı yanğın genişlənir Əlavə qüvvələr cəlb edildi

25.07.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdam rayonunda minalanmış ərazidə baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün günorta saatlarında rayonun Papravənd kəndi ərazisində minalanmış sahədə başlayan yanğın hazırda davam edir.

Yanğının geniş əraziyə yayılması səbəbindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam, Bərdə, Tərtər və Ağdərə rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və 50 nəfərə qədər şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı alovun Papravənd kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb və ərazi mühafizə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью