Ağdamdakı yanğın genişlənir Əlavə qüvvələr cəlb edildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdam rayonunda minalanmış ərazidə baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün günorta saatlarında rayonun Papravənd kəndi ərazisində minalanmış sahədə başlayan yanğın hazırda davam edir.
Yanğının geniş əraziyə yayılması səbəbindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam, Bərdə, Tərtər və Ağdərə rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və 50 nəfərə qədər şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı alovun Papravənd kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb və ərazi mühafizə edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:Ağdamdakı yanğının qarşısının alınmasına əlavə kömək cəlb edilir FOTO
24 İyul 2025 18:48
Qarabağdakı yanğın şiddətlənir Əlavə qüvvələr cəlb edildi VİDEO
26 İyul 2025 18:25
Ağdamdakı yanğın söndürüldü KONKRET
14 İyun 2026 10:53
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi KONKRET
13 İyul 2026 09:26
Rusiya Ordusuna əlavə qüvvələr cəlb ediləcək SƏRƏNCAM
30 Dekabr 2025 20:09
Baxış sayı:103
Bu xəbər 25 İyul 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















