Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaqİşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biridir.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma təmin olunmalıdır.
Hazırda azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri davam etdirilir.
Mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq Qarabağ və Şərqi Zəngəzur regionunun inkişafında önəmli rol oynamaqdadırlar.
Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər.
“Böyük Qayıdış” təkcə dağıdılmış ərazilərin deyil, həm də xalqın mənəvi dəyərlərinin və milli birliyinin dirçəldilməsi məqsədi daşıyır.
“Böyük Qayıdış”ın böyük ictimai əhəmiyyəti var. 30 ilə yaxın müddətdə doğma yurdlarından uzaqda yaşamağa məcbur qalmış 100 minlərlə azərbayc