Icma.az
close
up
RU
Ağdərəyə yeni nəfəs gəldi

Ağdərəyə yeni nəfəs gəldi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaq

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biridir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma təmin olunmalıdır. 

Hazırda azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri davam etdirilir. Mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq Qarabağ və Şərqi Zəngəzur regionunun inkişafında önəmli rol oynamaqdadırlar. Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər. 

“Böyük Qayıdış” təkcə dağıdılmış ərazilərin deyil, həm də xalqın mənəvi dəyərlərinin və milli birliyinin dirçəldilməsi məqsədi daşıyır. “Böyük Qayıdış”ın böyük ictimai əhəmiyyəti var. 30 ilə yaxın müddətdə doğma yurdlarından uzaqda yaşamağa məcbur qalmış 100 minlərlə azərbaycanlı üçün bu proses yalnız fiziki qayıdış deyil, həm də mənəvi bir yenidən doğuluşdur. Həmin bölgələrin bərpası və orada həyatın yenidən qurulması, həm yerli əhalinin rifahını artıracaq, həm də Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına böyük töhfə verəcək. 2024-cü ilin sonuna olan rəsmi məlumata görə, 10 minə yaxın keçmiş məcburi köçkün azad edilmiş torpaqlara qayıdıb. 2021-ci ildən 2024-cü ilin sonuna kimi Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri üçün dövlət büdcəsindən 4 milyard manat məbləğində vəsait xərclənməsi nəzərdə tutulur. Ötən gün Ağdərənin Həsənriz kəndinə ilk köç olub. 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçürülüb. Ailələrə mənzillərin açarları təqdim olunub. Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri iştirak ediblər. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər. Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


  Ağdərənin Həsənriz kəndinə köçən sakin Kəmalə Həsənova bildirib ki, doğma Ağdərədən köç edəndə 5 yaşı var idi:

 "Bu gün yenidən rayonumuza qayıtmağın qürurunu yaşayıram. Bunu sözlərlə ifadə edə bilmirəm. Artıq bu gündən yurdumuzda daha xoşbəxt günlərimiz başlayır". O, həmçinin əlavə edib ki, doğma kəndində yaşaya bilmədiyi uşaqlıq sevincini övladlarına yaşadacaq: 

"Mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər. İndiyə qədər yataqxanada məskunlaşmışdıq, artıq bundan sonra öz evimizdə yaşayacağıq. Buna görə, Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Şəhid analarının əllərindən öpürəm”. Dağyunus Nəbiyev adlı başqa bir sakin isə deyib ki, uşaq vaxtı tərk etdiyi Həsənriz kəndindəki ata-baba torpağına bu gün 42 yaşında geri dönüb. Məlumat üçün bildirək ki, indiyədək Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xocalı, Ağdərə rayonlarına köç gerçəkləşib. Azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində ilk köç 19 iyul 2022-cü il tarixində Zəngilanın Ağalı kəndinə olub. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb. Hazırda Ağalı kəndində 175 ailənin daimi məskunlaşması təmin edilib. Hazırkı günədək Füzuli şəhərində 823 ailənin məskunlaşması təmin edilib. Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində yola salınıb. Həmin gün 36 ailə - 117 nəfər Cəbrayıla köçürülüb. Rayona sonuncu köç 17 fevral 2025-ci ildə gerçəkləşib, 42 ailə - 205 nəfər Cəbrayıl şəhərində yerləşdirilib. Bu günədək Cəbrayıl şəhərinə 442 ailə köçürülərək daimi məskunlaşmaları təmin edilib. Xocalıya ilk köç 2024-cü ilin may ayında baş tutub. Rayona sonuncu köç 2025-ci il yanvarın 31-də olub, həmin gün 22 ailə - 94 nəfər Ballıca kəndinə köçürülüb. Ümumilikdə Xocalı şəhərində, rayonun Ballıca kəndində 100-dən çox ailə yerləşdirilib. 


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Ağdərəyə köçən insanlarımızın bəziləri rayondan 5 yaşında, 8 yaşında ikən köçkün düşüblər. Ekspert qeyd edib ki, təcavüzkar Ermənistan onların ömürlərinin 30 ilini oğurlayıb: 

"Bu soydaşlarımız öz uşaqlıq illərini uşaq kimi yaşamaqdan məhrum olublar. Ancaq Prezident və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yarımçıq talelərin, həyat hekayələrinin qaldığı yerdən davam etməsinə zəmin yaratdı. Ona görə də bu gün Həsənriz kəndinin sakini Kəmalə Həsənova Prezidentimizə, Ordumuza güvənərək əminliklə deyir ki, “mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər". 

Bəli, bu əminlik, bu inam bu gün Qarabağdan, Şərqi Zəngəzurdan olan bütün keçmiş məcburi köçkünlərin sözündə, davranışında hiss olunur. Beləliklə, “Böyük Qayıdış proqramı”nın icrası 2025-ci ilin prioriteti kimi davam edir. Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın sayı getdikcə artır. Hazırda azad edilmiş ərazilərdə 40 minə yaxın insan yaşayır, çalışır. 2025-ci ilin sonuna qədər təbii ki, oraya qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaq. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura daha 140 min insanın köçürülməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri təbii ki, Azərbaycan öz imkanları hesabına həyata keçirir. Öz torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, 30 illik işğalın ağır nəticələrini öz gücünə aradan qaldırmaq potensialına, qüdrətinə malikdir. Bu gün öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri