Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Hər fürsətdə olduğu kimi, Rusiya ilə münasibətlərdə yaranmış problemlərdən də özü üçün
Xalqın dəstəyindən məhrum olduğuna görə yeganə ümidini “Facebook” müxalifətçiliyinə bağlayan Əli Kərimli Azərbaycan Hava Yollarına məxsus tə
Demək olar ki, hər gün müxtəlif paylaşımlar etməklə yeni gündəm yaratmağa, özünü diqqət mərkəzinə gətirməyə çalışır.
Bu dəfə Rusiya casusu axtarışına çıxan Əli Kərimli mətbuatda adı agent kimi çəkilən şəxslərin nə üçün indiki vəzifə sahibləri sırasından deyil, sabiq məmurlardan olduğunu sual edir.
Adları çəkilən keçmiş vəzifəli şəxslərin Rusiya agenti olub-olmaması araşdırma mövzusudur və dövlətin müvafiq orqanlarının bu məsələni araşdıracağı şübhəsizdir.
Lakin Əli Kərimli bu məsələdən sui-istifadə etməyə və dövlət orqanlarında hələ də Rusiyanın agentura şəbəkəsinin olduğuna dair ictimaiyyətdə şübhələr yaratmağa çalışır.
Təyyarə qəzasından sonra Rusiyanın səlahiyyətli orqanlarının siyasi məsuliyyətsizliyi ucbatından yaranmış gərginlik fonunda Azərbaycan dövlətinin yanında yer almaq əvəzinə, bu vəziyyətdən hay-küy yaratmaq, öz nəfinə sui-istifadə etmək məqsədi güdür.
Əli Kərimlinin agentləri tapmaq üçün alternativ siyasi düşərgəyə yüklənməsinə etiraz edən yoxdur.