Icma.az
close
up
RU
Agent axtaran Əli Kərimli 2013 cü ili unudub

Agent axtaran Əli Kərimli 2013 cü ili unudub

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Hər fürsətdə olduğu kimi, Rusiya ilə münasibətlərdə yaranmış problemlərdən də özü üçün siyasi divident qazanmağa çalışanlar var. 

Xalqın dəstəyindən məhrum olduğuna görə yeganə ümidini “Facebook” müxalifətçiliyinə bağlayan Əli Kərimli Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından bəri yeni mövzu tapıb. Demək olar ki, hər gün müxtəlif paylaşımlar etməklə yeni gündəm yaratmağa, özünü diqqət mərkəzinə gətirməyə çalışır. 

Bu dəfə Rusiya casusu axtarışına çıxan Əli Kərimli mətbuatda adı agent kimi çəkilən şəxslərin nə üçün indiki vəzifə sahibləri sırasından deyil, sabiq məmurlardan olduğunu sual edir. Adları çəkilən keçmiş vəzifəli şəxslərin Rusiya agenti olub-olmaması araşdırma mövzusudur və dövlətin müvafiq orqanlarının bu məsələni araşdıracağı şübhəsizdir. 

Lakin Əli Kərimli bu məsələdən sui-istifadə etməyə və dövlət orqanlarında hələ də Rusiyanın agentura şəbəkəsinin olduğuna dair ictimaiyyətdə şübhələr yaratmağa çalışır. Təyyarə qəzasından sonra Rusiyanın səlahiyyətli orqanlarının siyasi məsuliyyətsizliyi ucbatından yaranmış gərginlik fonunda Azərbaycan dövlətinin yanında yer almaq əvəzinə, bu vəziyyətdən hay-küy yaratmaq, öz nəfinə sui-istifadə etmək məqsədi güdür. 

Əli Kərimlinin agentləri tapmaq üçün alternativ siyasi düşərgəyə yüklənməsinə etiraz edən yoxdur. Amma bu, o zaman ədalətli olardı ki, o, öncə öz ətrafına nəzər salardı. Çünki bu zaman yeni bir mənzərə daha tez ortaya çıxar. O zaman məlum olar ki, Rusiyaya casusluq edənlər sırasında Əli Kərimlinin rəhbərlik etdiyi Milli Şura üzvlərinin olduğu da və hətta adları çəkilməklə Azərbaycan mediasında yayılıb. 

2013-cü ilin prezident seçkilərində hakimiyyətə gəlmək üçün Rusiya Prezidentinə məktub yazıb dəstək istəmək, bunun qarşılığında Kreml qarşısında öhdəlik götürməyə hazır olduğunu bəyan etmək vətənə xəyanətdir. 

2013-cü ildə Rusiya vətəndaşını Müxalifətin Koordinasiya Şurasının prezidentliyə vahid namizədi elan etmək səbəbsiz deyildi. O zaman Qərbin dəstəyindən əli üzülənlər üzlərini Rusiyaya tərəf çevirmişdilər. O hadisələr çox yaxın illərdə baş verib və hər kəsin yaxşı xatirindədir. 

Ardınca Nardaran hadisələri, radikal dini qruplara Əli Kərimli və Milli Şura tərəfindən verilən dəstək də unudulmayıb. 2015-ci ildə qanunsuz dini birliklər yaradan, Qumdan, Məşhəddən, Tehrandan təlimat alanların sonda İrana bağlılığı öz təsdiqini tapdı. Siyasi maraqları naminə İran casuslarını və onların tərəfdarlarını Milli Şuranın sosial bazasına çevirən Əli Kərimli olub. 

Ötən il BMT-nin İqlim Dəyişikliyinə qarşı Beynəlxalq Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı Fransa, ABŞ Konqresindəki erməni lobbisi ilə eyni mövqedən çıxış edən də Əli Kərimli və onun dəstəsi idi. 

Sadalanan faktlar daha bir qrup casusun harada məskən saldığını açıq-aşkar göstərir. Əli Kərimli və ətrafındakılar siyasi mənafeyi naminə yeri gəldikdə Rusiya ilə, zərurət yarandıqda İranla, istəyəndə Qərblə əməkdaşlıq etməyə hazırdırlar. Bu fakt Əli Kərimli barədə Azərbaycan cəmiyyətində qəbul edilmiş aksiomadır. 

Süleyman Yusif
"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri