Agentlik rəsmisi: Ərzaq bazarlarının sahibləri işlərini yenidən qurmalıdırlar

26.01.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ərzaq bazarları ilə bağlı da bəzi problemlər mövcuddur. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, həmin bazarlarda texniki- sanitar vəziyyət yaxşı deyil. Media vasitəsilə ərzaq bazarlarının sahiblərinə müraciət edərək bildirmək istəyirəm ki, bu sahədə dönüş yaratsınlar.

Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025- ci ilin yekunlarına həsr olunan brifinqdə deyib.

Sədr müavini qeyd edib ki, ərzaq bazarlarının sahibləri sanitar-gigiyenik qaydaların tələblərinə uyğun olaraq işlərini yenidən qurmalıdırlar: "Tələblərə əməl etməyən bazarlarda yəqin ki, heyvan bazarlarında aparılan işlərə oxşar tədbirlər həyata keçiriləcək. Bildirim ki, bu il də ərzaq bazarlarında monitorinqlərin həyata keçirilməsi davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью