Agentlik rəsmisi: Ərzaq bazarlarının sahibləri işlərini yenidən qurmalıdırlar
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Ərzaq bazarları ilə bağlı da bəzi problemlər mövcuddur. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, həmin bazarlarda texniki- sanitar vəziyyət yaxşı deyil. Media vasitəsilə ərzaq bazarlarının sahiblərinə müraciət edərək bildirmək istəyirəm ki, bu sahədə dönüş yaratsınlar.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025- ci ilin yekunlarına həsr olunan brifinqdə deyib.
Sədr müavini qeyd edib ki, ərzaq bazarlarının sahibləri sanitar-gigiyenik qaydaların tələblərinə uyğun olaraq işlərini yenidən qurmalıdırlar: "Tələblərə əməl etməyən bazarlarda yəqin ki, heyvan bazarlarında aparılan işlərə oxşar tədbirlər həyata keçiriləcək. Bildirim ki, bu il də ərzaq bazarlarında monitorinqlərin həyata keçirilməsi davam edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















