Ağır məğlubiyyətlə üz üzə: Tramp Ukraynanın təslim olmasına çalışır? | Icma.az
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərəstun Oruclu: “Əsas niyyət odur ki, Ukrayna məğlub olsun və Tramp-Putin cütlüyünün təklif etdiyi təslimçi sülhə razılaşsın” “Şərq-Qərb” Strateji araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu AYNA.AZ-a müsahibəsində Ukraynadakı müharibəsi ilə bağlı hazırkı siyasi durumdan, ABŞ hakimiyyətinin münaqişə ilə bağlı atdığı addımlardan, Avropa İttifaqının məsələlərə yanaşmasından və Türkiyənin prosesdəki rolundan danışıb.
Ə.Oruclu deyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində başlayan müharibədəki son vəziyyət ondan ibarətdir ki, ABŞ-da hakimiyyətə gələn Donald Tramp adminstrasiyası bütün vasitələrlə Kiyevi təslimçiliyə sürükləyir: - Sözdə guya sülhün bərqərar olmasını bəyan etməyə çalışan Tramp əməldə bunu Ukraynanın Rusiyaya təslim olması ilə həyata keçirmək istəyir.
Bu, açıq-aydın görünən siyasətdir. Vaşinqton Kiyevə hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırılması qərarını verdi.
Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki mübahisədən sonra münasibətlərdə gərginlik daha da artdı.
Hansı ki, həmin mübahisənin özünü də Tramp hökuməti, vitse-prezident Devid Vens başda olmaqla, kabinet üzvləri məqsədli şəkildə yaratdılar.
Bununla da cəmiyyətə göstərməyə çalışdılar ki, Ukraynanı müdafiə etməyə dəyməz.
Düzdür, Amerikada keçirilən sorğuların nəticələrindən görünür ki, mütləq əksəriyyət Trampın dediklərinə inanmır, amma Tramp həyasızcasına yalanlarına davam edir.
Tam oxu
Xəbəri oxu