Icma.az
close
up
RU
Menu

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

Kreml qiyamdan qorxur...

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

Futbolumuzun utanc gecəsi... Video

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

Ağır məğlubiyyətlə üz üzə: Tramp Ukraynanın təslim olmasına çalışır?

Ağır məğlubiyyətlə üz üzə: Tramp Ukraynanın təslim olmasına çalışır?

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ərəstun Oruclu:  “Əsas niyyət  odur ki, Ukrayna məğlub olsun və Tramp-Putin cütlüyünün təklif etdiyi təslimçi sülhə razılaşsın”

“Şərq-Qərb” Strateji araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu AYNA.AZ-a müsahibəsində Ukraynadakı müharibəsi ilə bağlı hazırkı siyasi durumdan, ABŞ hakimiyyətinin münaqişə ilə bağlı atdığı addımlardan, Avropa İttifaqının məsələlərə yanaşmasından və Türkiyənin prosesdəki rolundan danışıb.

Ə.Oruclu deyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində başlayan müharibədəki son vəziyyət ondan ibarətdir ki, ABŞ-da hakimiyyətə gələn Donald Tramp adminstrasiyası bütün vasitələrlə Kiyevi təslimçiliyə sürükləyir:

- Sözdə guya sülhün bərqərar olmasını bəyan etməyə çalışan Tramp əməldə bunu Ukraynanın Rusiyaya təslim olması ilə həyata keçirmək istəyir. Bu, açıq-aydın görünən siyasətdir. Vaşinqton Kiyevə hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırılması qərarını verdi. Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki mübahisədən sonra münasibətlərdə gərginlik daha da artdı. Hansı ki, həmin mübahisənin özünü də Tramp hökuməti, vitse-prezident Devid Vens başda olmaqla, kabinet üzvləri məqsədli şəkildə yaratdılar. Bununla da cəmiyyətə göstərməyə çalışdılar ki, Ukraynanı müdafiə etməyə dəyməz. Düzdür, Amerikada keçirilən sorğuların nəticələrindən görünür ki, mütləq əksəriyyət Trampın dediklərinə inanmır, amma Tramp həyasızcasına yalanlarına davam edir. Trampla bu mənada nasist Almaniyasının faşist təbliğatı naziri Yozef Gebbels arasında heç bir fərqi yoxdur. ABŞ Prezidenti utanmadan, çəkinmədən ağ yalanlar danışır. Ukrayna ilə bağlı Trampın dedikləri yalandan ibarətdir, amma bunları bəhanə gətirərək Tramp adminstrasiyası faktiki olaraq, bu gün Ukraynanı işğalçı Rusiya qarşısında müdafiəsiz qoyub. Bu gün Tramp birmənalı şəkildə Rusiya Prezidenti Vladimir Putinin maraqlarına xidmət edir. İndi maraqları üst-üstə düşür, ya Putindən asılıdır, nədənsə qorxduğuna görə xidmət edir, bunu deyə bilmərəm. Amma bu gün Ukraynanı kəşfiyyat məlumatlarından məhrum etmək, hava hücumundan müdafiə sistemlərinin elementlərini Kiyevə verməkdən imtina etmək onu deməyə əsas verir ki, Ağ Ev rəhbəri Kreml rəhbərinə xidmət edir. Tramp az qala deyir ki, müharibənin səbəbkarı Ukraynadır, Zelenskidir. Bütün bu addımlar Ukraynanı ağır məğlubiyyətlə üz-üzə qoyur.

Tramp nə qədər haqsız olsa da, əlində səlahiyyət var və bu səlahiyyətindən istifadə  edir. Bundan yararlanan Rusiya isə istər Kursk vilayəti istiqamətində, istərsə də Ukraynanın daxilində - Donbassda az da olsa uğur əldə etməkdədir. Avropa ölkələri çalışır ki, Trampın dayandırdığı yardımı bərpa etsinlər. Amma Avropanın bunun üçün hərbi potensialı, hərbi sənayesi yetərli deyil. Avropa hərbi sənayesi o vəziyyətdə deyil ki, ABŞ-ın dəstəyini əvəzləyə bilsin. Görünən odur ki, Ukraynanın hərbi uğursuzluqlarının təməli qoyulur. Yəni ki, dünənədək Ukraynanın müttəfiqi olan dünyanın ən qüdrətli dövləti ABŞ bu gün Putinin himayədarıdır, müttəfiqidir. Bunun başqa adı yoxdur.

- Oval kabinetdəki insidentdən sonra Zelenskinin Trampa müraciəti və aldığı cavab onu deməyə əsas verirmi ki, artıq tərəflər atəşkəslə bağlı masaya əyləşirlər?

- Oval kabindetdəki qarşıdurmadan sonra Ukrayna hökuməti ABŞ-a müraciət etdi və bildirdi ki, Trampın mineralların istismarı barədə təklif etdiyi sazişi imzalamağa hazırdır. Tramp da üzdə özünü belə göstərdi ki, guya Kiyevin bu müraciətini yüksək qiymətləndirir. Amma dediyim kimi, hərbi yardım dayandırılıb, münasibətlərin düzəlməsini göstərən element isə görünmür. Tramp atmalı olduğu addımı artıq atıb və bundan sonra Vaşinqtonun Kiyevi müdafiə edəcəyi inandırıcı deyil. Çünki Trampın məqsədi minerallarla bağlı saziş deyildi, əsas niyyət  odur ki, Ukrayna məğlub olsun və Tramp-Putin cütlüyünün təklif etdiyi təslimçi sülhə razılaşsın. Tramp özü də, kabinet nümayəndələri də açıq şəkildə deyirlər ki, Kiyev razılaşmalıdır. Düşünürəm ki, Ağ Evin bu siyasəti davam etdiriləcək. ABŞ adminstrasiyası tərəfindən verilən bəyanatlar, mesajlar yalnız ictimai rəyi çaşdırmaq və üzərindən məsuliyyəti atmaq üçündür. Amma Ukraynanın məğlubiyyətinin məsuliyyəti Tramp adminstrasiyasının üzərində olacaq, bunun altından çıxa bilməyəcəklər. Bilirsiniz, ABŞ və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan digər dövlətlər 1994-cü ildə Ukraynaya məcbur imzalatdırdıqları Budapeşt Memorandumunun tələblərini yerinə yetirməyə borcludurlar. Çünki bu, onların birbaşa öhdəliyidir. Lakin təəssüf ki, bu barədə heç kim nədənsə danışmır. O cümlədən, ABŞ Memorandumdakı tələblərin yerinə yetirilməsinə əsas ölkə kimi birbaşa məsuliyyət daşıyır. Belə görünür ki, Tramp adminstrasiyası üçün bunun heç bir əhəmiyyəti yoxdur.

Məncə, hətta minerallarla bağlı saziş məsələsi Tramp adminstrasiyası üçün bir bəhanədir. Düşünmürəm ki, Tramp belə bir sazişin imzalanmasını istəyir. Yalandan deyir ki, Ukraynaya 350 milyardlıq yardım edilib. ABŞ-ın Ukraynaya yardımının həcmi 118 milyard dollardır, Avropa Birliyinin yardımının həcmi isə 120 milyarddan çoxdur. Yəni Avropa İttifaqının yardımı daha çox olub. Tramp deyir ki, Kiyev Vaşinqtona 500 milyardlıq güzəştə getməlidir. Bu, heç alver də deyil. Tramp elə bir şərt irəli sürür ki, Ukrayna bu şərti qəbul etməsin və məğlub olsun. Zelenski Trampa müraciətində sazişə razı olduğunu bildirdi. Məncə, indi Tramp başqa bir oyun çıxaracaq. Çünki yenə deyirəm, onun əsas məqsədi Putinə dəstək olmaqdır, Ukraynanın məğlub olmasıdır. Hazırkı Ağ Ev rəhbəri Kiyevi sülh masasına məğlub durumda oturtmaq istəyir. Bundan sonra Tramp özünü “sülh carçısı” kimi təqdim edəcək. Onun əbədi arzusu var: Nobel Sülh Mükafatı almaq. O həmişə özünü keçmiş Prezident Barak Obama ilə müqayisə edir, onunla bərabərləşmək istəyir. Amma Tramp bu mükafatı ala bilməyəcək.

- Danışıqlar masasında Ukrayna və Rusiya hansı güzəştlərə gedə bilərlər?

- Məncə, bu barədə danışmaq hələlik çox tezdir. Ukrayna Trampın təzyiqi altında sülhə razılaşsa belə, Rusiya elə təkliflər irəli sürəcək ki, onları Zelenski qəbul etsə də, bu dəfə Tramp qəbul etməyəcək. Ümumiyyətlə, Avropa həmin təklifləri qəbul etməyəcək. Ona görə ki, Rusiyanın hədəfi Ukrayna deyil. Ukrayna Rusiyanın Şərqi Avropanı işğal etmək siyasətində bəhanədir. Hətta Ukrayna ilhaq və işğal edilmiş ərazilərinin Rusiyaya verilməsinə razılaşsa da, Rusiya daha ağır şərtlər irəli sürəcək. Çünki məqsəd sülh deyil. Kremlin əsas məqsədi Ukraynanı əzmək, məğlubiyyətə uğratmaq və Şərqi Avropanın işğal siyasətini davam etdirməkdir. Buna görə də indi güzəştlərdən, ümumiyyətlə, sülhdən danışmaq mənasızdır. İndiki proseslər göstərir ki, sülh yaxın deyil.

- Avropa İttifaqı Ukraynanın müdafiəsi ilə bağlı addımlar atır, eyni zamanda, qitədə təhlükəsizliyin təmini üçün qərarlar qəbul edir. Sanki Avropa İttifaqı ilə ABŞ müttəfiqliyi sona çatmaqdadır...

- Avropa İttifaqı faktiki olaraq, ABŞ-dan uzaqlaşmaqdadır. Bunun da səbəbi Vaşinqtonun addımlarıdır. Tramp adminstrasiyası özünü təcrid etmək siyasəti həyata keçirir. Avropa İttifaqı indi öz taleyini düşünmək məcburiyyətindədir. Avropa İttifaqı ölkələri onilliklər ərzində öz suverenliklərinin bir hissəsindən ona görə imtina edib ki, ABŞ onların təhlükəsizliyini təmin edir. İndi bu konsepsiya pozulub, Tramp bu konsepsiyanı dağıtdı. İndi Avropa İttifaqı 800 milyardlıq proqram qəbul edib. Bu proqram Avropanın müdafiə qüvvələrinin gücləndirilməsi, hərbi sənayenin ayağa qaldırılması və Ukraynanın müdafiəsini təmin etmək məqsədi daşıyır. Avropa İttifaqı çalışır ki, əlində olan bütün imkanlarla Kiyevi müdafiə etsin. Çünki Ukrayna məğlub olarsa, Rusiya ilə Avropa arasındakı bufer zona Moskvanın nəzarətinə keçəcək. Rusiya Ukraynanı tam işğal edəcək, yoxsa yox, bunun dəxli yoxdur. Bəlkə də Rusiya ABŞ-la əlbir olub Ukraynada marionet rejim quracaq. Bununla Tramp Rusiyanın əli ilə Avropanı təhdid edəcək və sonra da şərtlər qoyacaq. Trampın bütün hədəfləri budur. Putin də bu fürsətdən yararlanmağa çalışır. Kreml rəhbəri anlayır ki, Trampın hədəfləri nədir.

Bu mənada, Avropa İttifaqı öz hərbi potensialını artırmaq, Ukraynanı müdafiə etmək niyyətindədir. Çünki İttifaqın başqa çıxış yolu yoxdur. Avropa İttifaqı bunu bacaracaqmı, zaman tələb edən məsələdir. Hesab edirəm ki, əsliondə Avropa İttifaqının yardım potensialı Ukraynanın özünü qorumasına kifayət edər. Bu, çətindir, amma mümkündür.

- Türkiyənin bu proseslərdəki rolunu necə qiymətləndirirsiniz?

- Türkiyənin də vəziyyəti eynilə Avropa İttifaqının vəziyyəti kimidir. Ankara da başa düşür ki, Ukraynanın suverenliyini qorumaq lazımdır. Türkiyə anlayır ki, Qara dəniz bölgəsində Rusiyanın mövqeyinin zəifləməsi prosesində Ukrayna olduqca vacib amildir. Ankara Moskva ilə birbaşa konfliktə getməmək üçün çıxış yolunu Kiyevi dəstəkləməkdə görür.

Bu prosesdə Türkiyənin təkbaşına həlledici rol oynaması çətindir. Amma istisna etmirəm ki, Türkiyə, Avropa İttifaqı, Böyük Britaniya, Kanada əl-ələ verib birgə addımlar atsınlar. Çünki bu, Türkiyənin də marağındadır. Eyni zamanda, bu, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində də irəliləyişə gətirib çıxarar. Türkiyə burada mühüm dövlət rolunu ala bilər. Çünki Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Türkiyənin böyük hərbi potensialı və gücü var. Ankara çalışacaq iki istiqamətdə fəaliyyət göstərsin. Birincisi, öz dvidentlərini əldə etməyə səy göstərəcək. İstənilən müharibə həm də dövlətlərin öz hədəflərinə çatmaq şansıdır. Türkiyənin hədəflərindən biri Avropa İttifaqına üzv olmaqdır ki, bu istiqamətdə irəliləyiş etməyə çalışacaq. İkincisi, Rusiyanın Cənubi Qafqazdan və Qara dənizlə Xəzər hövzəsindən bütövlükdə sıxışdırılıb çıxarılmasıdır. Bu mənada, Ukraynanın dəstəklənməsi Türkiyə üçün vacibdir. Böyük Britaniya, Türkiyə və Avropa İttifaqının birgə addımları prosesə töhfə verə bilər. Ayrı-ayrılıqda isə heç biri ciddi uğura imza ata bilməzlər. Ukraynanın müqaviməti, Avropanın dəstəyi, Türkiyənin dəstəyi ilə uğur mümkündür. Əks halda, müharibə uzun müddət davam edəcək, ağır itkilər olacaq. Tramp hökumətinin atdığı addımlarla isə Ukraynanın məğlub olması ehtimalı artır.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Mart 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see134

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see130

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see129

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see128

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see128

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see126

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see124

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see121

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see120

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri