Ağır yol qəzası; həyatını itirənlər var VİDEO

29.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Krımda minik avtomobili ilə marşrut avtobusunun toqquşması nəticəsində faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza nəticəsində üç nəfər həyatını itirib, bir uşaq isə yaralanıb. Hadisə Simferopol–Yevpatoriya magistral yolunun Orexovo kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, minik avtomobilinin sürücüsü əks hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü və onun sərnişini olan 2010-cu və 2017-ci il təvəllüdlü iki azyaşlı hadisə yerindəcə dünyasını dəyişib. Nəqliyyat vasitəsində olan daha bir uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью