Ağır yol qəzası; həyatını itirənlər var VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Krımda minik avtomobili ilə marşrut avtobusunun toqquşması nəticəsində faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza nəticəsində üç nəfər həyatını itirib, bir uşaq isə yaralanıb. Hadisə Simferopol–Yevpatoriya magistral yolunun Orexovo kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, minik avtomobilinin sürücüsü əks hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü və onun sərnişini olan 2010-cu və 2017-ci il təvəllüdlü iki azyaşlı hadisə yerindəcə dünyasını dəyişib. Nəqliyyat vasitəsində olan daha bir uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 İyul 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















