Ağız qoxusunun əsl səbəbi... Bunu çox az adam bilir | Icma.az
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağız qoxusu bir çox insanın gündəlik həyatında narahatlıq doğuran problemlərdən biridir.
Adətən bu hal ağız gigiyenasının düzgün aparılmaması ilə əlaqələndirilsə də, bəzən səbəblər göründüyündən daha mürəkkəb və gözlənilməz ola bilər.
Həkimlər bildirirlər ki, ağızdan gələn pis qoxu (halitoz) yalnız diş çürümələri və ya dilin təmizlənməməsi ilə bağlı deyil.
Bəzi hallarda bu əlamət orqanizmdə baş verən ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Məsələn, mədə-bağırsaq sistemində yaranan problemlər – xüsusilə qastrit, reflü və ya helikobakter pylori bakteriyası – ağız qoxusuna səbəb ola bilər.
Yenisabah.az xəbər verir ki, ağızda pis qoxunun yaranmasının digər bir səbəbi quru ağız sindromudur.
Ağızda tüpürcəyin azalması nəticəsində bakteriyalar daha sürətlə çoxalır.
Tam oxu
Xəbəri oxu