Icma.az
close
up
RU
Ağız qoxusunun əsl səbəbi... Bunu çox az adam bilir

Ağız qoxusunun əsl səbəbi... Bunu çox az adam bilir

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağız qoxusu bir çox insanın gündəlik həyatında narahatlıq doğuran problemlərdən biridir. Adətən bu hal ağız gigiyenasının düzgün aparılmaması ilə əlaqələndirilsə də, bəzən səbəblər göründüyündən daha mürəkkəb və gözlənilməz ola bilər.

Həkimlər bildirirlər ki, ağızdan gələn pis qoxu (halitoz) yalnız diş çürümələri və ya dilin təmizlənməməsi ilə bağlı deyil. Bəzi hallarda bu əlamət orqanizmdə baş verən ciddi xəstəliklərin xəbərçisi ola bilər. Məsələn, mədə-bağırsaq sistemində yaranan problemlər – xüsusilə qastrit, reflü və ya helikobakter pylori bakteriyası – ağız qoxusuna səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, ağızda pis qoxunun yaranmasının digər bir səbəbi quru ağız sindromudur. Ağızda tüpürcəyin azalması nəticəsində bakteriyalar daha sürətlə çoxalır. Bu vəziyyət, xüsusilə gecə yatarkən və ya uzun müddət su içmədikdə müşahidə olunur. Tüpürcəyin azlığı həmçinin müəyyən dərman preparatlarının (antidepresantlar, antihistaminlər, diuretiklər) yan təsiri olaraq da ortaya çıxa bilər. pizza mizza

Həmçinin badamcıq daşları adlanan kiçik ağ rəngli yığıntılar da ağızdan kəskin və pis qoxunun yayılmasına səbəb olur. Bu daşlar badamcıqların içindəki çuxurlarda qida qalıqları və ölü hüceyrələrin yığılması ilə yaranır.

Bəzən ağız qoxusu sinüzit, bronxit və ya tənəffüs yollarının digər infeksiyalarının nəticəsi də ola bilər. Burun-udlağın arxa hissəsində toplanan selik axıntısı, bakteriyaların çoxalmasına şərait yaradaraq qoxunun yaranmasına səbəb olur.

Daha nadir, lakin ciddi səbəblər arasında şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı kimi metabolik xəstəliklər də var. Diabet xəstələrində qan şəkərinin nizamsızlığı nəticəsində asetona bənzər qoxu müşahidə edilə bilər.

Həkimlər bildirirlər ki, ağız qoxusundan əziyyət çəkən şəxslər öncə diş həkimi və daha sonra lazım gələrsə, terapevt və ya qastroenteroloq müayinəsinə yönləndirilməlidir. Problemin səbəbi müəyyənləşdirilmədən ağız spreyləri və ya saqqız kimi vasitələrlə yalnız müvəqqəti nəticə əldə etmək mümkündür.

Mütəxəssislər gündə ən az iki dəfə dişlərin fırçalanmasını, dilin təmizlənməsini, bol su içilməsini və mütəmadi olaraq ağız gigiyenasının qorunmasını tövsiyə edirlər. Əgər ağız qoxusu bu tədbirlərə baxmayaraq keçmirsə, bu zaman ciddi tibbi araşdırmalara ehtiyac duyulur.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyul 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri