Ağız və dodaqların göyərməsi bədənimizdəki hansı xəstəliklərdən xəbər verir? Adil Qeybulla…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Güzgüyə baxdığımızda bəzən dodaqlarımızın əvvəlki kimi parlaq və çəhrayı olmadığını, bəzən də rənginin solduğunu, bənövşəyi rəng aldığını və ya tündləşdiyini görə bilərik.
Avtosfer.az xəbər veriri ki, çoxları bu dəyişikliyə fikir verməsə də, əslində bu hal bədənimizin bizə nələrsə deməyə çalışdığının göstəricisi ola bilər.
Bəzən bu, sadəcə soyuq havanın və ya yuxusuzluğun nəticəsidir, amma bəzi hallarda orqanizmdə ciddi dəyişikliklərin xəbərçisidir.
Eyni vəziyyət dilin üzərində yaranan rəng dəyişikliklərində də özünü göstərə bilir.
Gah ağ, gah sarımtıl, bəzən isə qəhvəyi ləkələr, bunların hamısı müəyyən səbəblərdən qaynaqlanır.
Bəs ağız və dodaq rənginin dəyişməsi hansı hallarda təhlükə siqnalıdır?
Məsələ ilə bağlı tibb eksperti Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, selik qişalarının rənginin dəyişməsi, xüsusilə onların üzərində müxtəlif qalınlaşmaların, “buynuzlaşma” (hiperkeratoz) adlanan halın, rəng dəyişikliklərinin yaranması normal sayılmır: “Bu hansısa bir xəstəliyin əlaməti ola bilər.
Tam oxu
Xəbəri oxu