Icma.az
close
up
RU
Ağız və dodaqların göyərməsi bədənimizdəki hansı xəstəliklərdən xəbər verir? Adil Qeybulla AÇIQLADI FOTO

Ağız və dodaqların göyərməsi bədənimizdəki hansı xəstəliklərdən xəbər verir? Adil Qeybulla AÇIQLADI FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güzgüyə baxdığımızda bəzən dodaqlarımızın əvvəlki kimi parlaq və çəhrayı olmadığını, bəzən də rənginin solduğunu, bənövşəyi rəng aldığını və ya tündləşdiyini görə bilərik.
Avtosfer.az xəbər veriri ki, çoxları bu dəyişikliyə fikir verməsə də, əslində bu hal bədənimizin bizə nələrsə deməyə çalışdığının göstəricisi ola bilər. Bəzən bu, sadəcə soyuq havanın və ya yuxusuzluğun nəticəsidir, amma bəzi hallarda orqanizmdə ciddi dəyişikliklərin xəbərçisidir.
Eyni vəziyyət dilin üzərində yaranan rəng dəyişikliklərində də özünü göstərə bilir. Gah ağ, gah sarımtıl, bəzən isə qəhvəyi ləkələr, bunların hamısı müəyyən səbəblərdən qaynaqlanır. Bəs ağız və dodaq rənginin dəyişməsi hansı hallarda təhlükə siqnalıdır? 


Məsələ ilə bağlı tibb eksperti Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, selik qişalarının rənginin dəyişməsi, xüsusilə onların üzərində müxtəlif qalınlaşmaların, “buynuzlaşma” (hiperkeratoz) adlanan halın, rəng dəyişikliklərinin yaranması normal sayılmır:
“Bu hansısa bir xəstəliyin əlaməti ola bilər. Bəzən belə hallar bədxassəli proseslərin, yəni xərçəngönü vəziyyətlərin başlanğıcı ola bilər. Bu cür dəyişikliklər xüsusilə uşaqlıq yolu və digər ginekoloji orqanlarda müşahidə olunan proseslərlə əlaqəli ola bilər. Müxtəlif xroniki xəstəliklər, siqaret çəkmə, alkoqol və ya narkotik maddələrdən istifadə, selik qişalarının davamlı travması, vitamin çatışmazlığı və immunitetin zəifləməsi də bu tip dəyişikliklərə səbəb ola bilər. Bəzən dişlərin düzgün yerləşməməsi, yəni dişləmə pozğunluğu nəticəsində dil və selik qişaları davamlı sürtünməyə məruz qalır, bu da həmin nahiyədə yaralar və digər dəyişikliklər yarada bilər. Belə hallarda həm stomatoloqlar, həm də digər sahə həkimləri yaranmış vəziyyəti araşdırmalı və qiymətləndirməlidirlər”.
Tibb eksperti qeyd edib ki, bəzi xəstəliklər müxtəlif istehsalat yerlərində toz və kimyəvi maddələrin təsirindən də yarana bilər:
“Bu zaman ağız boşluğunda xroniki iltihabi proseslər inkişaf edə bilər ki, bu da mütləq araşdırılmalıdır. İlk növbədə stomatoloq tərəfindən müayinə aparılmalıdır. Daha sonra ağız boşluğunda yaranmış bu vəziyyəti yaradan səbəblər aradan qaldırılmalı, gigiyenaya ciddi diqqət edilməlidir. Situasiyadan asılı olaraq həm dərman müalicəsi, həm də digər tibbi prosedurlar tətbiq edilə bilər. Lakin ən vacibi əvvəlcə problemin səbəbi müəyyən edilməlidir. Ümumilikdə leykoplakiya, yəni selik qişasında və dildə müşahidə olunan rəng və səth dəyişiklikləri çox vaxt həyat tərzi ilə bağlı olur. Siqaret, alkoqol, çox ədviyyatlı, kəskin və ya qaynar yeməklərdən, içkilərdən həddindən artıq istifadə bu cür problemləri yarada bilər.
Hər halda, normadan kənar istənilən dəyişiklik müşahidə olunduqda onun səbəbi mütləq araşdırılmalıdır. Bəzən ağız boşluğunda müxtəlif yaralar, yəni aftostomatitlər əmələ gəlir. Bu hallar da diqqətdən kənarda qalmamalıdır. Onlar immunitet zəifliyi, autoimmun xəstəliklər və ya HIV daşıyıcılığı fonunda baş verə bilər. Hər bir situasiyanın özünəməxsus müayinə protokolu var və həmin protokola uyğun olaraq müayinə aparılmalı, müvafiq müalicə tədbirləri görülməlidir”.


Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri