Ağsu rayonunda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər FOTO

03.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə YAP Ağsu rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu İcra Hakimiyyətinin nümayəndəsi Umud Cavidoğlu, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Ağsu rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Seyran Dəmirov, Ağsu rayon Uşaq Musiqi məktəbinin direktoru Adil Rəhimov və rayon təşkilatının fəal gəncləri iştirak ediblər.

Mərkəzdə gənclərə Müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Daha sonra gənclər Heydər Əliyev Mərkəzində olan eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda Mərkəzin qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью