Ağsu rayonunda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə YAP Ağsu rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu İcra Hakimiyyətinin nümayəndəsi Umud Cavidoğlu, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Ağsu rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Seyran Dəmirov, Ağsu rayon Uşaq Musiqi məktəbinin direktoru Adil Rəhimov və rayon təşkilatının fəal gəncləri iştirak ediblər.
Mərkəzdə gənclərə Müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Daha sonra gənclər Heydər Əliyev Mərkəzində olan eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Sonda Mərkəzin qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















