Ağsuda mediatorlar üçün maarifləndirici tədbir keçirilib

20.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ağsu şəhərində Mediasiya Şurası, Sabirabad 1 saylı mediasiya təşkilatı və Ağsu 1 saylı mediasiya təşkilatının birgə təşkilatçılığı ilə mediatorların peşə bilik və bacarıqlarının artırılmasına, mediasiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Sabirabad 1 saylı mediasiya təşkilatının direktoru Musa Ramazanov, Ağsu 1 saylı mediasiya təşkilatının direktoru Bəhruz Nəsirov, eləcə də digər rayonların mediasiya təşkilatlarının direktorları və mediatorlar iştirak ediblər.
Görüş çərçivəsində keyfiyyətli barışıq sazişlərinin hazırlanması, onların tərtibində diqqət yetirilməli məqamlar, həmçinin mediasiya sahəsində tətbiqinə başlanılan yeni elektron portalın funksionallığı və istifadəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İştirakçılar mövzular üzrə fikir və təcrübə mübadiləsi apararaq, mediasiya prosesinin keyfiyyətinin yüksəldilməsi, mediatorların peşəkar fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Mediasiya Şurası mediatorların peşəkar inkişafının dəstəklənməsi, regionlarda təcrübə mübadiləsinin genişləndirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsini təşviq edir.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью