Ağsuda mediatorlar üçün maarifləndirici tədbir keçirilib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Ağsu şəhərində Mediasiya Şurası, Sabirabad 1 saylı mediasiya təşkilatı və Ağsu 1 saylı mediasiya təşkilatının birgə təşkilatçılığı ilə mediatorların peşə bilik və bacarıqlarının artırılmasına, mediasiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Sabirabad 1 saylı mediasiya təşkilatının direktoru Musa Ramazanov, Ağsu 1 saylı mediasiya təşkilatının direktoru Bəhruz Nəsirov, eləcə də digər rayonların mediasiya təşkilatlarının direktorları və mediatorlar iştirak ediblər.
Görüş çərçivəsində keyfiyyətli barışıq sazişlərinin hazırlanması, onların tərtibində diqqət yetirilməli məqamlar, həmçinin mediasiya sahəsində tətbiqinə başlanılan yeni elektron portalın funksionallığı və istifadəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İştirakçılar mövzular üzrə fikir və təcrübə mübadiləsi apararaq, mediasiya prosesinin keyfiyyətinin yüksəldilməsi, mediatorların peşəkar fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Mediasiya Şurası mediatorların peşəkar inkişafının dəstəklənməsi, regionlarda təcrübə mübadiləsinin genişləndirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsini təşviq edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediatorlar üçün növbəti maarifləndirici təlim keçirilib
15 May 2026 15:45
Ağsuda “Xalqa bağışlanan ömür” adlı maarifləndirici tədbir keçirildi FOTO
05 May 2026 14:19
Neftçalada valideynlər üçün maarifləndirici tədbir keçirilib
03 Fevral 2026 11:23
Mediatorlar üçün təlim keçirilib
05 May 2026 10:24
Astara rayonunda valideynlər üçün maarifləndirici tədbir keçirilib
06 Fevral 2026 15:15
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















