Aİ Apple və Meta nı cərimələyib | Icma.az
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın rəqəmsal qaydalarına əməl etmədiyinə görə "Apple"ı 500 milyon avro, "Meta"nı isə 200 milyon avro cərimələyib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Aİ Komissiyası şirkətlərin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.
Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini "Apple"ın "App Store" mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər, lakin "Apple" buna icazə verməyərək öz öhdəliyinə əməl etməyib.
Açıqlamada, "Apple"ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının "App Store"dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.
Açıqlamada AB-nin "Apple"a marşrutla bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və "Apple"ın qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.
Açıqlamada "Meta"nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.
Böyük platformaların Aİ-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə ekvivalent, daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.
Tam oxu
Xəbəri oxu