Icma.az
close
up
RU
Aİ Apple və Meta nı cərimələyib

Aİ Apple və Meta nı cərimələyib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın rəqəmsal qaydalarına əməl etmədiyinə görə "Apple"ı 500 milyon avro, "Meta"nı isə 200 milyon avro cərimələyib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Aİ Komissiyası şirkətlərin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.

Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini "Apple"ın "App Store" mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər, lakin "Apple" buna icazə verməyərək öz öhdəliyinə əməl etməyib.

Açıqlamada, "Apple"ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının "App Store"dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

Açıqlamada AB-nin "Apple"a marşrutla bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və "Apple"ın qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.

Açıqlamada "Meta"nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.

Böyük platformaların Aİ-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə ekvivalent, daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.

Açıqlamada "Meta"nın 2023-cü ildə "ödəniş və ya razılıq" modelini təqdim etdiyi xatırladılıb və bu modeldə AB istifadəçilərindən "Facebook" və "Instagram"dan reklamsız istifadə üçün aylıq abunə haqqı və ya məlumat birləşməsinə razılıq tələb olunub.

Açıqlamada AB Komissiyasının "Meta"nın modelini qaydalara zidd olduğu və şirkətin 200 milyon avro cərimələndiyi vurğulanıb.

Açıqlamada deyilir ki, "Apple" və "Meta" Komissiyanın qərarlarına əməl etməlidir, əks halda onlar müntəzəm cərimələrə məruz qala bilərlər.

2024-cü ildə qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanunu AB bazarında texnologiya şirkətləri üçün qaydaları sərtləşdirib. AB keçən il "Apple" və "Meta"nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub-olmaması ilə bağlı araşdırmaya başlayıb. Bu qərarla AB Komissiyası ilk dəfə Rəqəmsal Bazarlar Aktı ilə bağlı qaydalara əməl edilməməsinə görə cərimə kəsib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri