Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İlin əvvəlindən Avropa ölkələri artıq Ukraynaya 23 milyard avrodan çox hərbi yardım ayırıb.
Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bunu Rammstein qrupunun iclası başlamazdan əvvəl Aİ-nin xarici siyasət departamentinin rəhbəri Kaja Kallas bildirib.
O qeyd edib ki, bu il Avropanın Kiyevə yardımının həcmi ötənilki səviyyədən çoxdur, lakin daha çox iş görülməlidir. "Hər gün vədlər gəlir.
Biz üzv dövlətlərin addımlarını görürük. Biz Ukraynaya dəstəyi artırmalıyıq və görüşün də mövzusu budur", - deyə o bildirib.
Kallas Rusiyaya təzyiqin artırılmasının lazım olduğunu da vurğulayıb.
"Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən dörd həftə keçir, lakin biz Rusiya tərəfdən heç bir müsbət addım görmürük.
Ona görə də biz həqiqətən Rusiyaya təzyiq göstərməliyik", - deyə Kallas qeyd edib.