Icma.az
close
up
RU
Aİ bu il Ukraynaya ayırdığı yardımın həcmini açıqlayıb

Aİ bu il Ukraynaya ayırdığı yardımın həcmini açıqlayıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlin əvvəlindən Avropa ölkələri artıq Ukraynaya 23 milyard avrodan çox hərbi yardım ayırıb.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bunu Rammstein qrupunun iclası başlamazdan əvvəl Aİ-nin xarici siyasət departamentinin rəhbəri Kaja Kallas bildirib.

O qeyd edib ki, bu il Avropanın Kiyevə yardımının həcmi ötənilki səviyyədən çoxdur, lakin daha çox iş görülməlidir. "Hər gün vədlər gəlir. Biz üzv dövlətlərin addımlarını görürük. Biz Ukraynaya dəstəyi artırmalıyıq və görüşün də mövzusu budur", - deyə o bildirib.

Kallas Rusiyaya təzyiqin artırılmasının lazım olduğunu da vurğulayıb.

"Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən dörd həftə keçir, lakin biz Rusiya tərəfdən heç bir müsbət addım görmürük. Ona görə də biz həqiqətən Rusiyaya təzyiq göstərməliyik", - deyə Kallas qeyd edib.

Bu gün Brüsseldə 50 ölkənin iştirakı ilə müdafiə nazirlərinin - "Ramşteyn"in görüşü olacaq.

İclasda Böyük Britaniya Norveçlə birlikdə artıq Ukraynaya 450 milyon funt-sterlinq (təxminən 585 milyon dollar) məbləğində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Pul yüz minlərlə pilotsuz təyyarə, tank əleyhinə minalar və radar sistemlərinin istehsalına, 160 milyon funt-sterlinq isə Britaniyanın Ukraynaya əvvəllər tədarük etdiyi avadanlıqların təmiri və texniki xidmətinə ayrılacaq.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Ukraynaya yeni yardım paketini açıqlayıb, o cümlədən, dörd "IRIS-T" yerüstü müdafiə sistemi və 30 Patriot hava hücumundan müdafiə raketi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri