Aİ Macarıstana niyə qəzəblidir? | Icma.az
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycana dost ölkə olan Macarıstan Avropa İttifaqının siyasi təzyiqləri ilə üz-üzə qalıb.
Özünü demokratiyanın beşiyi və demokratik dəyərlərin keşikçisi hesab edən, başqalarına siyasi azadlıqlardan dərs keçməyi sevən Aİ və qurumun bəzi üzv ölkələri digər üzv ölkənin hüquqlarını tapdalamağa çalışır.
Belə ki, Avropa İttifaqı Macarıstanı Ukraynaya dəstəyi əngəlləməyə cəhddə ittiham edir və Budapeşti səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirir.
“Guardian”-nın məlumatına görə, artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb.
Macarıstan səsvermə hüququndan məhrum edilə bilər Bir ildən çoxdur ki, Aİ-nin Macarıstana qarşı siyasi təzyiqləri davam edir.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa İttifaqının Brüsseldə keçirilən sammitində səsvermə zamanı Macarıstanın baş naziri Viktor Orban 2024-2027-ci il büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişlərə veto qoymuşdu.
Orbanın bu addımı Aİ-nin rəhbərlərini ciddi şəkildə qəzəbləndirmişdi.
Tam oxu
Xəbəri oxu