Icma.az
close
up
RU
Aİ Macarıstana niyə qəzəblidir?

Aİ Macarıstana niyə qəzəblidir?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycana dost ölkə olan Macarıstan Avropa İttifaqının siyasi təzyiqləri ilə üz-üzə qalıb. Özünü demokratiyanın beşiyi və demokratik dəyərlərin keşikçisi hesab edən, başqalarına siyasi azadlıqlardan dərs keçməyi sevən Aİ və qurumun bəzi üzv ölkələri digər üzv ölkənin hüquqlarını tapdalamağa çalışır. Belə ki, Avropa İttifaqı Macarıstanı Ukraynaya dəstəyi əngəlləməyə cəhddə ittiham edir və Budapeşti səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirir. “Guardian”-nın məlumatına görə, artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb.

Macarıstan səsvermə hüququndan məhrum edilə bilər

Bir ildən çoxdur ki, Aİ-nin Macarıstana qarşı siyasi təzyiqləri davam edir. Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa İttifaqının Brüsseldə keçirilən sammitində səsvermə zamanı Macarıstanın baş naziri Viktor Orban 2024-2027-ci il büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişlərə veto qoymuşdu. Orbanın bu addımı Aİ-nin rəhbərlərini ciddi şəkildə qəzəbləndirmişdi. “Politico” qəzeti Aİ-nin adının çəkilməsini istəməyən rəsmisinin sözlərinə istinadən qeyd etmişdi ki, əgər Orban növbəti sammitdə Aİ-nin Ukraynaya 50 milyard avro yardımının əleyhinə yenidən səs verərsə, Brüssel Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün tədbirlər görə bilər. Bu ilin əvvəlindən başlayaraq bu təzyiqlər daha da şiddətlənib. Qeyd edək ki, Macarıstan Aİ-nin hazırkı gündəm mövzusu olan Ukraynaya 500 milyard dollar dəyərində olan gələcək maliyyə yardımına da birmənalı yanaşmır - Macarıstan baş nazirinin siyasi müşaviri Balazs Orban bəyan edib ki, Ukraynanın Aİ-yə inteqrasiyası üzv ölkələrə ittifaqın büdcəsindən 12 dəfə çox baha başa gələcək. Ukrayna KİV-ləri isə Aİ-nın növbəti yardımının 1 trilyon avroya qədər ola biləcəyini iddia edirlər. Eyni zamanda rəsmi Budapeşt Aİ-nin Rusiya ilə enerji sahəsində münasibətlərinin davam etdirilməsinin tərəfdarıdır - bu yaxınlarda Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib ki, Budapeşt Aİ-nin Rusiyadan enerji təchizatını məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər planını təsdiqləməyəcək. Lüksemburqda baş tutan görüşdə Aİ-nin üzv ölkələrinin XİN rəhbərləri Rusiyaya qarşı 17-ci sanksiya paketinin layihəsini müzakirə ediblər. Müzakirələrdə videobağlantı vasitəsilə iştirak edən Ukraynanın XİN rəhbəri Andrey Sibiqa Rusiyanın enerji resurslarına və nüvə sənayesi məhsullarının tədarükünə məhdudiyyətlər qoymağa çağırıb. Bəzi üzv ölkələrin XİN rəhbərləri Kiyevin təklifini dəstəkləyiblər. Amma Macarıstanın XİN rəhbəri bu cür tədbirləri dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib. Bu arada Macarıstan öz ərazisindən NATO və ya Avropa İttifaqı (Aİ) qoşunlarının Ukraynaya göndərilməsinə müsbət yanaşmır. Macarıstanın Avropa Şurası Parlament Assambleyasında deputatı Laslo Torotskay “İzvestiya”ya müsahibəsində bildirib ki, Macarıstan hökuməti ölkə ərazisindən NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək.

Aİ öz nizamnaməsini pozur....

Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqı bir sıra üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar atır. Onun sözlərinə görə, bu addımlar suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzvü ölkələrin suveren hüquqlarının zəbt olunması istiqamətində izah edilməlidir: “Bu kimi addımlardan biri də həmin üzv ölkələrin dövlət olaraq seçimlərinin sorğulanması və bu seçimlərə görə onlara qarşı hər hansı sanksiyalar çağırışlarının edilməsi və hədələnməsidir. Macarıstana qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarılırdı. Ümumiyyətlə, Aİ Macarıstanın dövlət olaraq seçiminə heç vaxt hörmətlə yanaşmayıb. Diqqətçəkən məqam da odur ki, mərkəzi Brüssel, yəni Aİ-nin siyasi-iqtisadi təsisatları özünün bir sıra üzv ölkələrin iqtisadi maraqları naminə siyasi qərarlar, çox zaman iqtisadi dairələri maraqlarını təmin etmək üçün  spekulyasiyalara, manipulyasiyalara əl atır. Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərhüquqlu iştirakçılığa söykənməli olan əməkdaşlıq   çərçivəsindəki suveren hüquqları pozur. Bəlli olduğu kimi, nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştirakçılığı ehtiva edir. Bu mənada verilən qərarlar, razılıqlar da məhz bu bərabər iştirakçılıq çərçivəsində reallaşmalıdır. Macarıstana qarşı Aİ rəsmilərinin zaman-zaman səsləndirdikləri çağırışlar da məhz bu hüququn pozulmasını şərtləndirir. Məsələnin mənəvi tərəfi izah edilən olsa da , Ukrayna üçün yardım vacib və Aİ-nin təhlükəsizliyi üçün xərclənmiş resurslar olsa da, məsələnin hüquqi tərəfi Macarıstanın tərəfindədir. Hazırki situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “ittiham edilir”. Macarıstanın bu hüququ Aİ tərəfindən məhdudlaşır. Bunun özü də bərabər iştirakçılıq hüququ prinsipinin tamamilə pozulması deməkdir. Təssüflər olsun ki, belə addımlara rast gəlinir və Macarıstanın timsalında baş verənlər Aİ-nin mütəmadi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodudur”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1082

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see234

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see161

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see156

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see154

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see152

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri