Aİ nin sərhəd missiyası erməni avantürizmi üçün sipər | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Ritterin “EUMA nağılı” və regional sülhə təhdid EUMA.
Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyası belə bir abreviatura ilə məşhurlaşdırılır.
Elə təsisatın iki illiyinə həsr olunmuş qəbul da onu populyar institutsional qurum kimi göstərmək məqsədinə hesablanmışdı.
Guya ki, müşahidəçilər ötən iki ildə hansısa əməli iş gerçəkləşdiriblər.
Əlbəttə, Aİ-nin missiyasının heç bir mənası yoxdur və bunu vurğulamışıq. Azərbaycan rəsmilərinin də mövzuya dair çoxsaylı açıqlamaları var.
Məsələn, dəfələrlə bildirilib ki, sözügedən missiya şpionajlıqla məşğuldur. Əlbəttə, söhbət bəsit şpionajlıqdan gedir.
Çünki əldə binokl Azərbaycanın mövqelərini seyr etmək müşahidə missiyası kimi yüksək təqdim edilən təsisat üçün böyük anlam daşımamalıdır.
Müşahidəçilərin şərti sərhədin bir başından o biri başına avtomobillərlə şütümələri də həmçinin.
Tam oxu
Xəbəri oxu