Icma.az
close
up
RU
Aİ nin sərhəd missiyası erməni avantürizmi üçün sipər

Aİ nin sərhəd missiyası erməni avantürizmi üçün sipər

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ritterin “EUMA nağılı” və regional sülhə təhdid

EUMA. Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyası belə bir abreviatura ilə məşhurlaşdırılır. Elə təsisatın iki illiyinə həsr olunmuş qəbul da onu populyar institutsional qurum kimi göstərmək məqsədinə hesablanmışdı. Guya ki, müşahidəçilər ötən iki ildə hansısa əməli iş gerçəkləşdiriblər.

Əlbəttə, Aİ-nin missiyasının heç bir mənası yoxdur və bunu vurğulamışıq. Azərbaycan rəsmilərinin də mövzuya dair çoxsaylı açıqlamaları var. Məsələn, dəfələrlə bildirilib ki, sözügedən missiya şpionajlıqla məşğuldur. Əlbəttə, söhbət bəsit şpionajlıqdan gedir. Çünki əldə binokl Azərbaycanın mövqelərini seyr etmək müşahidə missiyası kimi yüksək təqdim edilən təsisat üçün böyük anlam daşımamalıdır. Müşahidəçilərin şərti sərhədin bir başından o biri başına avtomobillərlə şütümələri də həmçinin.

Ancaq Aİ-nin müşahidə missiyasının rəhbəri Markus Ritter tamam başqa fikirdədir və təsisatın iki illiyinə həsr olunmuş qəbulda da bu barədə söz açıb. Yeri gəlmişkən, deyək ki, M.Ritterin son zamanlardakı açıqlamalarında Azərbaycana reaksiya tonunu görürük. O, qəbulda da eyni dəst-xəttinə sadiq qalıb və bildirib ki, Bakının Aİ-nin missiyasını “şpionajlıq” adlandırması, guya, doğru deyil. Ritterin bildirdiyinə görə, müşahidəçilər heç kəsə ziyan vurmurlar.

Əlbəttə, cənab Ritter Azərbaycanın missiyanın fəaliyyətindən nə üçün narazı olduğuna dair baxışı inkişaf etdirməyib. Onun təsisatın heç kəsə zərər yetirmədiyinə dair mövqeyi isə uşaq başı aldatmaq cəhdindən başqa bir şey deyil. Axı zərərin böyük predmeti var. Binoklla müşahidəçilik aysberqin yalnız görünən tərəfidir.

Amma bir halda ki, Ritter zərərdən söz açır, o zaman onun bu günlərdə bildirdiyinə nəzərən bir məqamın üzərində dayanaq. O, Ermənistanın baş naziri Nikol Paşinyanın müşahidəçilərin sərhədlərin delimitasiya və demarkasiya işləri aparılmış bölgələrində patrul xidməti gerçəkləşdirməyəcəklərinə dair fikrinə münasibət bildirərkən demişdi ki, məsələ heç də missiya üzvlərinin həmin bölgələrdə olmayacaqları və əhali ilə söhbətləşməyəcəkləri anlamına gəlmir. Onun sözlərindən belə çıxmışdı ki, Aİ missionerləri sərhədyanı müxtəlif fermalara, icmalara, o cümlədən məktəblərə baş çəkəcək və müşahidəçiliyin nə məqsədlə, nə üçün aparıldığına dair izahat verəcəklər.

Təsəvvür edin, sərhədlər müəyyənləşib, hər iki tərəfdə həyat qaydasına düşüb, ancaq müşahidəçilər insanlarla söhbətlər aparırlar. Görəsən, məsələn, məktəblərdə şagirdlərə nə deyəcəklər? Təxmin edək. Bildirəcəklər ki, sərhədin o tərəfində azərbaycanlılardır, onlarla ermənilərin ədavəti var və biz burdayıq ki, sizə heç nə olmasın. Axı Ermənistan dövləti, şəxsən Paşinyan sərhəd bölgəsində əhali ilə görüşüb təhlükəsizliyə zəmanət vermişdi. Görəsən, baş nazirin zəmanəti azdırmı ki, Ritterin qruplaşması da öz aləmində bu işə girişir?

Yeri gəlmişkən, M.Ritterin bir müddət əvvəlki açıqlamasında bir gülməli tezis də var idi. O demişdi ki, rəhbərlik etdiyi missiya fəaliyyətini Azərbaycanın və Ermənistanın qurumun işinə ehtiyacın duyulmadığının əksini tapacağı birgə müraciətindən sonra dayandıracaq. Görəsən, Azərbaycanla Ermənistanın müşahidəçilərin yerləşdirilməsi ilə bağlı müştərək rəyi olmuşdu ki, indi də birlikdə imtina etsinlər? Yəni Ritterin məntiqi cəfəngdir.

Digər yandan, rəsmi Bakı lap əvvəldən Aİ-nin missiyasına qarşıdır və bu gün də mövqeyində qətidir. O zaman, baş müşahidəçi nə haqla Azərbaycanın da adını çəkir? Bir sözlə, Ritter aşkar söz oyunu ilə məşğuldur və yarımçıq diplomatikliyindən qalmır. Reallıq isə budur ki, Aİ-nin müşahidəçilik missiyası sülhə xidmət etmir. Məsələyə M.Ritterin yerlərdə əhali ilə görüş keçirmək, söhbət aparmaq məntiqi fonunda yanaşsaq, onun dilə gətirdikləri, faktiki olaraq, şüurlara müşaqişə, müharibə qorxusunu yeritməkdir.

Başqa sözlə desək, baş müşahidəçi dolayısı ilə eskalasiya gündəminin aktuallığını saxladığına dair subliminal mesajlar verir və bundan sonra bildirir ki, bizim heç kəsə ziyanımız yoxdur. Görəsən, başqa nə ziyan olmalı idi ki? Sualımız ritorikdir, çünki Aİ müşahidəçiliyinin başqa daha geniş zərər müstəvisi var.

***

Bəli, hazırkı durumda məhz Aİ-nin mülki müşahidə missiyası Azərbaycan və Ermənistan arasındakı durumda Qərbin başlıca dayaq nöqtəsi kimi çıxış edir. Yəni bu təsisat gərginliyin mövcudluğu prizmasını daşıyır. Gərginlik isə rəsmi İrəvanın anti-sülh fəaliyyəti ilə ölçülür.

Məlum olduğu kimi, Ermənistan hakimiyyəti son günlər ikitərəfli danışıqlar gündəmini “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi ilə dəyişir və beynəlxalq ictimai rəyin diqqətini Bakıda məhkəmələri davam edən ermənilər üzərində cəmləşdirməyə çalışır. Bu çalışma təsadüfi deyil.

Məsələ ondadır ki, ABŞ-da hakimiyyət dəyişikliyi kollektiv Qərbin Birləşmiş Ştatlar seqmentini sıradan çıxarıb. O seqmenti ki, Bakı–İrəvan münasibətlərinin nizamlanmasında ikincinin tərəfində idi. Üstəlik, Vaşinqton–Avropa ziddiyyətləri də yaranıb və bu, Qərbin erməni təəssübkeşliyinin fazasına mənfi təsir göstərməkdədir.

Hazırda erməni avantürizmi üçün meydan daralıb. Ancaq Paşinyan administrasiyası avantürizmi saxlamaq niyyətindən əl çəkmir və Bakıda ermənilərə qarşı məhkəmə müstəvisində qaldırılmış ajiotaj buna “xidmət” edir. Aİ-nin müşahidə missiyası da məhz bu avantürizmə sipər baxımından mühüm halqadır.

İndi Ermənistan Aİ-yə arxalanaraq, Cənubi Qafqaz müstəvisində gərginliyi gücləndirməyə çalışır ki, dünyanın diqqəti Bakı–İrəvan münasibətlərinə yönəlsin. Bu, Paşinyan hakimiyyətinin Avropanın ABŞ-dan kənar, müstəqil şəkildə Ukrayna təəssübkeşliyinin Ermənistanla bağlı da özünü göstərməsinə nail olmaq məramından qaynaqlanır. Nikol və tərəfdarları yaxşı bilirlər ki, mövcud istiqamətdə hansısa diskomfort durum onların iqtidar kürsüsü ilə vidalaşmaları reallığını doğuracaq. Baxmayaraq ki, Ermənistanda hakim komandaya qarşı müxalif cəbhə çox zəifdir, onlarda yenə qorxu var.

Qərb təəssübkeşliyinin ABŞ seqmentinin sıradan çıxması durumunda rəsmi İrəvan üçün Aİ-dən yapışmaq mütləqdir. Axı hazırda Aİ, belə demək mümkünsə, müstəqil Avropanı təmsil edir. O Avropanı ki, Vaşinqtonun yardımı olmadan Rusiyaya qarşı mübarizə əzmini ortaya qoyur. Aİ müşahidəçiliyi bu əzmin Cənubi Qafqaz istiqaməti üzrə mühüm təsisatdır. Deməli, yekun qənaət budur ki, Ermənistan bütün imkanlarla regionu qlobal kataklizmlərin plasdarmına çevirməyə çalışır. Elə isə...

Aİ-nin müşahidəçilərinin tərkibinə nəzər salaq. Müşahidəçilər əsasən pensiyada olan alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən ibarətdirlər. Bu günlərdə Almaniya federal polisinin rəhbəri əbəs yerə missiyanın qərargahına baş çəkməmişdi. Ötən il fransız jandarm şefi də orada olmuşdu. Elə bu faktların özü hər şeyi deyir.

Deməli, mümkün eskalasiya şəraitində müşahidəçilərin binokllarını silaha dəyişmələri mümkündür. O da aydındır ki, Ermənistanın sürətli silahlanması fonunda hazırda hərbi qruplaşma baxımından o qədər də geniş tərkibdə olmayan təsisat üzvləri silaha sarılacaqlar və bu, adi məsələ sayılmamalıdır. Təsisatı NATO missiyasına çevirmək niyyətlərinin mövcudluğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, İrəvanın istədiyi də elə budur.

Bəli, N.Paşinyan və komandası çalışır ki, Ermənistan Qərb–Rusiya qarşıdurmasından ayrılmış kimi görünən Avropa–Rusiya ziddiyyətlərinin Cənubi Qafqaz poliqonu kimi möhkəmlənsin. Sülh gündəminə əks məsələlərin qabardılması da bundan qaynaqlanır. M.Ritter isə əmin olsun ki, onun rəhbərlik etdiyi missiyanın ən böyük zərəri İrəvana bu baxımdan dayaq olmaqdır. Vəziyyətdən yaxşı xəbərdarıq. Ondan da xəbərdarıq ki, Avropanın müxtəlif yerlərindən ayrı-ayrı diplomatların müşahidəçilərin məntəqələrinə baş çəkmələri, əllərində binokl sifətlərinə ağıllı mimika qondurub Azərbaycan tərəfini müşahidə etmələri, patrul xidmətinə qoşulmaları missiyanı “Köhnə qitə”nin ictimai rəyində yüksəltmək istəyidir. Belə hallar isə bütövlükdə regional sülhə və sabitliyə aşkar təhdidlərdir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri