Aİ nümayəndəsi Azərbaycana nə üçün gəlir? Pərdəarxası məqamlar | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın aprelin 25-də Bakıya səfəri planlaşdırılır.
Bu səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulur.
Kaya Kallasın Bakıya səfərinin əsas məqsədi nədir? Aİ ilə Azərbaycan arasında hansı məsələlərin müzakirə olunacağı gözlənilir?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Kaya Kallasın Azərbaycana səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq formatı çərçivəsində həyata keçirildiyini bildirib.
Politoloqun fikrincə, Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində ciddi əməkdaşlıq mövcuddur: “Enerji sahəsində bu əməkdaşlıq strateji xarakter daşıyır.
Bu məqsədlə müəyyən sənədlər imzalanmış və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.
Bundan əlavə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əməkdaşlıq edir.
Tam oxu
Xəbəri oxu