Icma.az
close
up
RU
Aİ nümayəndəsi Azərbaycana nə üçün gəlir? Pərdəarxası məqamlar

Aİ nümayəndəsi Azərbaycana nə üçün gəlir? Pərdəarxası məqamlar

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın aprelin 25-də Bakıya səfəri planlaşdırılır. Bu səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulur.

Kaya Kallasın Bakıya səfərinin əsas məqsədi nədir? Aİ ilə Azərbaycan arasında hansı məsələlərin müzakirə olunacağı gözlənilir?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Kaya Kallasın Azərbaycana səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq formatı çərçivəsində həyata keçirildiyini bildirib. 


Politoloqun fikrincə, Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində ciddi əməkdaşlıq mövcuddur:

“Enerji sahəsində bu əməkdaşlıq strateji xarakter daşıyır. Bu məqsədlə müəyyən sənədlər imzalanmış və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Bundan əlavə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əməkdaşlıq edir. Avropa İttifaqının Cənubi Qafqaza marağı məlumdur. Lakin bu maraqlar müəyyən hallarda prioritet kimi qəbul edilmədiyinə görə Azərbaycan ilə Avropa İttifaqı arasında bəzi fikir ayrılıqları mövcuddur”.

O.Qasımov, xüsusilə də Avropa İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstana göstərdiyi maliyyə yardımlarında bərabərsiz qərarlar qəbul etməsi bu fikir ayrılıqlarında özünü göstərdiyini vurğulayıb. 

Onun sözlərinə görə, Azərbaycan bu ikili standartların aradan qaldırılması üçün Avropa İttifaqı ilə gərgin dialoq aparmış və nəticədə Avropa İttifaqı bəzi yanlış yanaşmaları aradan qaldırmağa məcbur olmuşdur:

“Bir zamanlar Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında normallaşma prosesində vasitəçilik etmişdi. Lakin sonradan Fransanın müdaxiləsi ilə bu vasitəçilik missiyası sona çatdı. Çünki Fransa prosesə müdaxilə etməklə Avropa İttifaqının mövqeyində ikili standartlara yol açdı və Ermənistanı birtərəfli şəkildə dəstəklədi. Bu səbəbdən Azərbaycan Avropa İttifaqını danışıqlar prosesindən kənarda qoymağa qərar verdi. Bundan əlavə, ötən il Avropa, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli formatda keçirilən görüş zamanı Ermənistanın hərbi baxımdan gücləndirilməsinə faktiki olaraq dəstək verildi”.


Müsahibimiz qeyd edib ki, bu çərçivədə Avropa İttifaqı tərəfindən “Sülh Fondu” adlandırılan fond vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə iki dəfə hər biri 10 milyon avro olmaqla maliyyə yardımı göstərilib:

“Bu isə Azərbaycanın narazılığına səbəb olub. Avropa İttifaqı Bakı ilə münasibətləri balanslı şəkildə tənzimləməlidir. Qeyd edilməlidir ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Avropa İttifaqının Azərbaycana həm coğrafi mövqeyinə, həm də enerji resurslarına görə ehtiyacı var. Belə ki, Avropa İttifaqı bir müddət əvvəl Orta Asiya ölkələri ilə görüş keçirib və bu ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə qərarlar qəbul edilib. Həm maliyyə yardımlarının göstərilməsi, həm də bu ölkələrin enerji və digər resurslarının Avropa bazarına çıxarılması ilə bağlı razılıqlar əldə olunub”.


Politoloq bu məhsulların və resursların Avropaya daşınmasının mütləq şəkildə Azərbaycan üzərindən keçməli olduğunu diqtə edib:

“Avropa İttifaqının nümayəndəsi də hesab edir ki, bu məsələ müzakirə olunacaq. Bundan əlavə, Bakı tərəfindən İrəvanla dövlət sərhədində Azərbaycan razılığı olmadan yerləşdirilmiş Avropa İttifaqının müşahidə missiyası ilə bağlı məsələlər də gündəmə gələcək. Şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərində yaşanan gərginliklər, sülh müqaviləsinin imzalanması və digər regional məsələlər də bu görüşlərdə müzakirə olunacaq”.

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri