Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir. Sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp ilə “Könüllülər koalisiyası”nın liderləri
Post-müharibə dövründə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə təmin edilməsi konfransın əsas müzakirə mövzusu olub, eyni zamanda Ukraynaya
Qərb KİV-lərinin məlumatına görə, konfrans çox gərgin keçib.
“Bild” qəzeti qeyd edir ki, Trampla söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür.
Aİ Ağ Evin rəhbərindən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcəyini gözləyir.
Nəşr yazır ki, onlayn konfransda söhbət zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Amerika tərəfinə Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün yaxın iki gün ərzində Vaşinqtona Avropa nümayəndə heyəti göndərməyi təklif edib: “Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar apararkən Amerika Prezidenti ilə birgə yanaşmanı əlaqələndirməyə cəhdlər edildi: avropalılar Rusiyaya qarşı sanksiyalarla bağlı işçi qrup yaratmaq üçün 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyi təklif etdilər”, - deyə “Bild” yazıb.
Lakin Trampın bu təkliflə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil.
Gərgin söhbət əsnasında ABŞ Prezidenti Avropa İttifaqını Rusiya neftinin idxalını davam etdirməkdə ittiham edib.