Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Aİ razı deyil Tramp Rusiyaya qarşı addımlarda tələsmir...

Aİ razı deyil Tramp Rusiyaya qarşı addımlarda tələsmir...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp ilə “Könüllülər koalisiyası”nın liderləri arasında onlayn konfrans baş tutub. Post-müharibə dövründə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə təmin edilməsi konfransın əsas müzakirə mövzusu olub, eyni zamanda Ukraynaya beynəlxalq sülhməramlı adı altında hərbi kontingentin göndərilməsi ilə bağlı məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Qərb KİV-lərinin məlumatına görə, konfrans çox gərgin keçib. “Bild” qəzeti qeyd edir ki, Trampla söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür. Aİ Ağ Evin rəhbərindən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcəyini gözləyir. Nəşr yazır ki, onlayn konfransda söhbət zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Amerika tərəfinə Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün yaxın iki gün ərzində Vaşinqtona Avropa nümayəndə heyəti göndərməyi təklif edib: “Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar apararkən Amerika Prezidenti ilə birgə yanaşmanı əlaqələndirməyə cəhdlər edildi: avropalılar Rusiyaya qarşı sanksiyalarla bağlı işçi qrup yaratmaq üçün 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyi təklif etdilər”, -  deyə “Bild” yazıb. Lakin Trampın bu təkliflə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil. Gərgin söhbət əsnasında ABŞ Prezidenti Avropa İttifaqını Rusiya neftinin idxalını davam etdirməkdə ittiham edib. Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır. Onlayn konfransdan sonra Finlandiya Prezidenti Aleksandr Stubb jurnalistlərə bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampla tezliklə Rusiya neft və qazına qarşı sanksiyaları müzakirə edəcək. O, qeyd edib ki, Tramp Avropa liderləri ilə söhbəti zamanı ABŞ və Avropanın Rusiyaya qarşı növbəti sanksiyalarda birgə hərəkət etməsini təklif edib. 

Qeyd edək ki, “Könüllülər koalisiyası”nda Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla 30-a yaxın ölkə təmsil olunur. Sözügedən ölkələr Ukraynaya dəstəyin davam etdirilməsi üçün bir araya toplaşıblar.

Avropa Trampdan nə istəyir?

Ukraynada müharibənin davam etməsi fonunda Avropa İttifaqının və Aİ-nin üzv ölkələrinin liderlərinin Trampdan əsas istəyi Vaşinqtonun yenidən Rusiyaya qarşı vahid cəbhəyə qoşulması- Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsidir. Avropalılar Tramp administrasiyasının belə bir addım atmasını səbrsizliklə gözləyirlər. Lakin Tramp Rusiyaya qarşı münasibətdə gözləmə mövqeyi tutub və hər hansı sərt tədbir görməyə tələsmir - o, hələ ki, prosesin gedişatını izləyir və zamanı çatanda öz yekun qərarını verəcək. Trampın bu ilin sonunda Aİ-yə qoşulub Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etmək qərarına gəlməsi və Ukraynanın silahlandırılmasında birbaşa iştirak etməsi istisna deyil. Lakin bu, sözsüz ki, Moskvanın davranışından asılı olacaq. Əsas məsələ burasındadır ki, Trampın Rusiya ilə bağlı tam fərqli planı var - Ağ Evin rəhbəri dialoq və danışıqlar yolu ilə Ukraynada müharibəni tez bir zamanda bitirməkdə maraqlıdır - bunun üçün o, hətta Rusiyaya güzəştlərə də getməyə hazırdır. Tramp Ukraynada müharibəni atəşkəs və ya sülh sazişi çərçivəsində bitirib Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri bərpa etmək, xüsusilə də hər iki ölkənin şirkətləri arasında biznes əlaqələrini təmin etmək, qarşılıqlı iqtisadi maraqlara xidmət edən müqavilələrin imzalanmasına nail olmaq və Rusiyanın enerji resurslarına ABŞ kapitalını cəlb etmək niyyətindədir. Bu səbəbdən ABŞ-ın hazırkı administrasiyası gözləmə mövqeyi tutub və ona Aİ-nin təklifləri maraqlı deyil - yalnız sakit yolla öz hədəfinə nail olmadığı təqdirdə Rusiyaya qarşı birgə əməkdaşlıq nəzərdən keçirilə bilər.

ABŞ-ın hərbi kontingent məsələsində mövqeyi

Post-müharibə dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətləri Vaşinqtonda da prioritet hesab olunur. ABŞ da bu məsələdə müəyyən öhdəlik götürəcək. Ukraynada atəşkəsdən sonrakı vəziyyətin tam sabitləşməsi - bir sözlə, gələcək status-kvonun uzunmüddətli və ya daimi saxlanılması Ağ Ev üçün çox önəmlidir. ABŞ-ın Avropa ölkələri ilə birlikdə Ukraynada atəşkəsə nəzarət etmək üçün xüsusi mexanizm yaradacağı da istisna olunmur. Bundan savayı, atəşkəs dövründə belə ABŞ Ukrayna ordusunun modernləşdirilməsində və yeni müasir silahlarla təmin olunmasında iştirak edəcək - təbii ki, Vaşinqton bunu dolayı yolla həyata keçirəcək - silahlarını Avropa ölkələri  vasitəsilə Ukraynaya ötürəcək. Post-müharibə dövründə təmas xətti boyunca atəşkəsi təmin etmək üçün Ukraynaya hərbi kontingent göndərmək məsələsinə gəlincə, indidən bəllidir ki, Tramp administrasiyası bu məsələyə birmənalı yanaşmayacaq - Vaşinqton öz hərbçilərini Ukraynaya göndərməyəcək. ABŞ yalnız Ukraynaya hərbi kontingent göndərmək niyyətində olan Avropa ölkələrinə öz dəstəyini göstərə bilər.

Tramp Aİ-dən tələb edir - Macarıstan və Slovakiya indidən düşünə bilər

Tramp Aİ-ni Rusiyadan neft idxalını dayandırmağa tələb edir. Trampın bu tələbi Macarıstan və Slovakiya daxil olmaqla bütün Aİ-nin üzv ölkələrinə aiddir. Tramp hər bir tələbində israrlıdır və onun çağırışını əməl etməyən ölkələrə qarşı istənilən halda sərt tədbirlər görməyə hazırdır. Rəsmi Budapeşt və Bratislava bunu nəzərə almaya bilməz. Yəqin ki, yaxın zamanda Macarıstan və Slovakiya rəhbərliyi Ağ Evlə təmaslar qurmağa başlayacaq.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri