Aİ Ukrayna danışıqları üçün nümayəndə heyətini razılaşdırdı

13.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) liderləri Ukrayna münaqişəsinin nizamlanması üzrə ekspert səviyyəsində keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.

Gununesi.info  xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Dublində keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Liderlər Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətimizi razılaşdırıblar. Heyətə Aİ institutlarının və ‘İstəklilər koalisiyası’na daxil olan ölkələrin nümayəndələri daxildir”, – Koşta deyib.

O, həmçinin Avropa İttifaqı liderlərinin Ukrayna ilə bağlı aparılan danışıqları dəstəklədiyini vurğulayıb.

***
21:37

Avropa İttifaqı (Aİ) liderləri Dublində keçirilən sammitdə Rusiya ilə ekspert səviyyəsində danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini razılaşdırıblar.

Gununesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Avropa mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Avropa İttifaqına üzv olmayan Böyük Britaniyanın təmsilçiləri daxil ediləcək.

Bildirilib ki, Aİ liderləri faktiki olaraq Əbu-Dabiyə səfər etmiş Avropa nümayəndə heyətinin tərkibini təsdiqləyiblər.

Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edib.

Danışıqların başlanğıcında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan da iştirak ediblər.

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью