Aİ Ukrayna danışıqları üçün nümayəndə heyətini razılaşdırdı
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) liderləri Ukrayna münaqişəsinin nizamlanması üzrə ekspert səviyyəsində keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
Gununesi.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Dublində keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Liderlər Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətimizi razılaşdırıblar. Heyətə Aİ institutlarının və ‘İstəklilər koalisiyası’na daxil olan ölkələrin nümayəndələri daxildir”, – Koşta deyib.
O, həmçinin Avropa İttifaqı liderlərinin Ukrayna ilə bağlı aparılan danışıqları dəstəklədiyini vurğulayıb.
***
21:37
Avropa İttifaqı (Aİ) liderləri Dublində keçirilən sammitdə Rusiya ilə ekspert səviyyəsində danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
Gununesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Avropa mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Avropa İttifaqına üzv olmayan Böyük Britaniyanın təmsilçiləri daxil ediləcək.
Bildirilib ki, Aİ liderləri faktiki olaraq Əbu-Dabiyə səfər etmiş Avropa nümayəndə heyətinin tərkibini təsdiqləyiblər.
Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edib.
Danışıqların başlanğıcında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 Noyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















