Aİ və ABŞ biznesləri əvvəllər SPIEF də iştirak etməkdə maraqlı idilər

03.04.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Avropa İttifaqı( Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) şirkətləri əvvəllər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştiraka maraq göstərsələr də, amma iştiraklarını ictimailəşdirməkdən çəkinirdilər.
Missiya.Az
xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Avropa və ABŞ-dən olan xarici şirkətlər artıq əvvəlki illərdə də maraq göstəriblər. Məlum səbəblərə görə, onlar öz iştiraklarını ictimailəşdirməyə o qədər də həvəsli deyillər, lakin bir sıra şirkətlərin marağı hələ də dayanmayıb. Onların hamısı forumda xoş qarşılanır. Forum xüsusilə iqtisadi əməkdaşlıqda maraqlı olanlar üçün açıqdır", - o əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью