Aİ və ABŞ biznesləri əvvəllər SPIEF də iştirak etməkdə maraqlı idilər
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Avropa İttifaqı( Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) şirkətləri əvvəllər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştiraka maraq göstərsələr də, amma iştiraklarını ictimailəşdirməkdən çəkinirdilər.
Missiya.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Avropa və ABŞ-dən olan xarici şirkətlər artıq əvvəlki illərdə də maraq göstəriblər. Məlum səbəblərə görə, onlar öz iştiraklarını ictimailəşdirməyə o qədər də həvəsli deyillər, lakin bir sıra şirkətlərin marağı hələ də dayanmayıb. Onların hamısı forumda xoş qarşılanır. Forum xüsusilə iqtisadi əməkdaşlıqda maraqlı olanlar üçün açıqdır", - o əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az


