“Ailə həkimləri çox yüklənib, sistem bu vəziyyətdə effektiv işləyə bilməz” | Icma.az
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ailə həkimi modeli ölkəmizdə hələ formalaşma mərhələsindədir və elektron səhiyyə sistemi olmadan keyfiyyətli xidmət mümkün deyil.
Ölkəmizdə ailə həkimi modelinin tətbiqi son illərdə gündəmə gəlsə də, bu sistemin tam şəkildə işləməsi üçün hələ bir sıra problemlər qalmaqdadır”.
Bu barədə xalqcebhesi.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev danışıb.
Onun sözlərinə görə, ailə həkimliyi institutu Azərbaycanda yeni formalaşır və bu sahədə müəyyən irəliləyişlər olsa da, praktiki nəticə hələ qənaətbəxş deyil: “Əvvəllər poliklinikalarda ‘sahə həkimi’ anlayışı var idi.
Bu, müəyyən mənada ailə həkiminin funksiyasını yerinə yetirirdi.
İndi isə ‘Ailə sağlamlıq mərkəzləri’ yaradılıb, amma bu sistem hələ tam işlək vəziyyətdə deyil.
Görünür, tam formalaşması üçün bir qədər vaxt lazımdır.Ailə həkimlərinin üzərinə həddindən artıq çox iş düşür.Bir həkim çox geniş bir əraziyə xidmət göstərir, gün ərzində isə çoxsaylı pasiyent qəbul etməli olur.
Tam oxu
Xəbəri oxu