Icma.az
close
up
RU
“Ailə həkimləri çox yüklənib, sistem bu vəziyyətdə effektiv işləyə bilməz”

“Ailə həkimləri çox yüklənib, sistem bu vəziyyətdə effektiv işləyə bilməz”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ailə həkimi modeli ölkəmizdə hələ formalaşma mərhələsindədir və elektron səhiyyə sistemi olmadan keyfiyyətli xidmət mümkün deyil. Ölkəmizdə ailə həkimi modelinin tətbiqi son illərdə gündəmə gəlsə də, bu sistemin tam şəkildə işləməsi üçün hələ bir sıra problemlər qalmaqdadır”.
Bu barədə xalqcebhesi.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev danışıb.
Onun sözlərinə görə, ailə həkimliyi institutu Azərbaycanda yeni formalaşır və bu sahədə müəyyən irəliləyişlər olsa da, praktiki nəticə hələ qənaətbəxş deyil: “Əvvəllər poliklinikalarda ‘sahə həkimi’ anlayışı var idi. Bu, müəyyən mənada ailə həkiminin funksiyasını yerinə yetirirdi. İndi isə ‘Ailə sağlamlıq mərkəzləri’ yaradılıb, amma bu sistem hələ tam işlək vəziyyətdə deyil. Görünür, tam formalaşması üçün bir qədər vaxt lazımdır.Ailə həkimlərinin üzərinə həddindən artıq çox iş düşür.Bir həkim çox geniş bir əraziyə xidmət göstərir, gün ərzində isə çoxsaylı pasiyent qəbul etməli olur. Bu şəraitdə hər bir ailə haqqında dolğun tibbi məlumat toplamaq mümkün deyil. Halbuki ailə həkiminin əsas rolu məhz ailə üzvlərinin sağlamlıq tarixçəsini, genetik risklərini və keçmiş xəstəliklərini bilməkdir.Sistemin effektiv fəaliyyəti üçün elektron səhiyyə vacib şərtdir.İnkişaf etmiş ölkələrdə uşağın doğulduğu andan bütün tibbi məlumatlar — doğuşun gedişi, peyvəndlər, müayinələr, keçirdiyi xəstəliklər və genetik məlumatlar — elektron sistemdə saxlanılır. Bizdə isə belə bir baza hələ formalaşmayıb. Nəticədə həkimlər öz ərazilərində yaşayan insanların sağlamlıq vəziyyəti barədə tam məlumata malik olmur”.
Mütəxəssis vurğulayıb ki, bu problemlərin aradan qaldırılması tibbi xidmətin keyfiyyətini xeyli artıracaq: “Əgər elektron səhiyyə sistemi tam işləsə və ailə həkimlərinə daha optimal şərait yaradılsa, onlar pasiyentləri daha yaxından tanıyacaq. Bu da həm tibbi yardımın keyfiyyətini, həm də vətəndaş məmnuniyyətini artıracaq. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə ciddi irəliləyiş olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri