Ailədaxili ünsiyyət çatışmazlığından narkotik asılılığına gedən yol SƏBƏBLƏR NƏDİR? | Icma…
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir. Hər kəsin özünə məxsus asılılıqları vardır.
Madddi və yaxud mənəvi etdiklərimiz adət halına çevrilərək həyatımızı əhatələyir. Bütün bunlar isə həmişə yaxşı yekunlaşmır.
Yenicag.az xəbər verir ki, bu sözləri araşdırmaçı-sosioloq Məhbubə Mehdiyeva deyib.
O, söyləyib ki, bəşər tarixində insan getdikcə yalnızlaşan anadan ayrıldıqdan sonra mövcud olmaq üçün mübarizə aparan, bu prosesdə dövr-dövr narahatlıqlarla qarşılaşan və sevgi ehtiyacını ödəyə bilmədiyi vəziyyətlərlə üzləşən bir varlıqdır: “Qarşılaşdığı problemlərlə mübarizə aparmaq üçün fərdin psixoloji sağlamlığı, düzgün düşüncə və davranışlar inkişaf etdirməsi, təcrübə və şəxsi inkişafı zəruridir.
Lakin bu mərhələdə uğur qazana bilməyən şəxslər maddə istifadəsini yanlış bir mübarizə üsulu olaraq istifadə etməyə başlaya bilərlər.
Maddə asılılığı yalnız zövq axtarışı və ya özünə zərər vermə istəyi ilə izah olunmayan bir problemdir.
Şəxs özlüyündə yaşadığı çatışmazlıq və eqosundakı yetərsizlik səbəbilə çətin hadisələrdən uzaqlaşmağa çalışarkən maddə asılılığı inkişaf etdirə bilər.
Xüsusilə ətraf mühitlə əlaqə qurmaqda çətinlik çəkən, özünə qapanan, ailəsindən dəstək görə bilməyən fərdlər, özləri kimi maddə istifadə edən şəxslərlə dostluq etməyə meylli ola bilərlər.
Tam oxu
Xəbəri oxu