Icma.az
close
up
RU
Ailədaxili ünsiyyət çatışmazlığından narkotik asılılığına gedən yol SƏBƏBLƏR NƏDİR?

Ailədaxili ünsiyyət çatışmazlığından narkotik asılılığına gedən yol SƏBƏBLƏR NƏDİR?

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər kəsin özünə məxsus asılılıqları vardır. Madddi və yaxud mənəvi etdiklərimiz adət halına çevrilərək həyatımızı əhatələyir. Bütün bunlar isə həmişə yaxşı yekunlaşmır.

Yenicag.az xəbər verir ki, bu sözləri araşdırmaçı-sosioloq Məhbubə Mehdiyeva deyib.

O, söyləyib ki, bəşər tarixində insan getdikcə yalnızlaşan anadan ayrıldıqdan sonra mövcud olmaq üçün mübarizə aparan, bu prosesdə dövr-dövr narahatlıqlarla qarşılaşan və sevgi ehtiyacını ödəyə bilmədiyi vəziyyətlərlə üzləşən bir varlıqdır:

“Qarşılaşdığı problemlərlə mübarizə aparmaq üçün fərdin psixoloji sağlamlığı, düzgün düşüncə və davranışlar inkişaf etdirməsi, təcrübə və şəxsi inkişafı zəruridir. Lakin bu mərhələdə uğur qazana bilməyən şəxslər maddə istifadəsini yanlış bir mübarizə üsulu olaraq istifadə etməyə başlaya bilərlər.

Maddə asılılığı yalnız zövq axtarışı və ya özünə zərər vermə istəyi ilə izah olunmayan bir problemdir. Şəxs özlüyündə yaşadığı çatışmazlıq və eqosundakı yetərsizlik səbəbilə çətin hadisələrdən uzaqlaşmağa çalışarkən maddə asılılığı inkişaf etdirə bilər. Xüsusilə ətraf mühitlə əlaqə qurmaqda çətinlik çəkən, özünə qapanan, ailəsindən dəstək görə bilməyən fərdlər, özləri kimi maddə istifadə edən şəxslərlə dostluq etməyə meylli ola bilərlər. Ailədaxili ünsiyyət çatışmazlığı, münaqişə mühiti, valideynlərin alkoqol və ya digər maddələrdən istifadə etməsi kimi vəziyyətlər asılılığın inkişafına zəmin yarada bilər”.

Sosioloqun fikrincə, stress altında olan şəxslər yaşadıqları narahatlığı azaltmaq və problemlə mübarizə aparmaq üçün inkar və əks etdirmə kimi müdafiə mexanizmlərindən istifadə edə bilərlər:

“Lakin asılılığa meyilli şəxslərdə bu mexanizmlər adətən qeyri-kafi qalır və hiperaktivlik, aqressivlik kimi hallar ön plana çıxır.

Maddə asılılığının səbəbləri aşağıdakı kimi sıralana bilər:

Sağlam olmayan dost mühiti, şəxsiyyət problemləri, sağlam olmayan ailə mühiti, problemlərdən qaçma istəyi, gücsüz və zəif şəxsiyyət strukturu, emosional yoxsulluq…

21 əsr bəşəri bəla narkotik maddə asılılığı hər gün daha da artır. Ümumiyyətlə maddə asılılığı nədir?

Şəxsin fiziki və psixoloji baxımdan bağlanaraq ictimai və peşəkar həyatının pisləşməsi ilə yaranan maddə istifadəsi pozuntusu maddə aslılığıdır.

Aslılığın aradan qaldırılmasına başlarkən maddəyə qarşı dözümlülük inkişaf etdirməsi və maddənin dayandırılması və ya azaldılması halında narahatlıq, həyəcan, titrəmə kimi əlamətlərin müşahidə olunması vacibdir. Ölkəmizdə və dünyada son dövrlərdə tez-tez rast gəlinən maddə istifadələrinə baxıldıqda mərkəzi sinir sistemində uyuşma yaradan, əsasən ağrı kəsici təsirə malik olan, əsasən də siqaret, alkoqol, sirr, kokain, amfetamin və sedativlər başlıca yerləri tutur”.

Onun sözlərinə görə, dünyada aparılan ticarətin 10%-i qədər böyüklüyə çatan qeyri-qanuni maddə satışı hər keçən gün artmaqdadır:

“ABŞ əhalisinin 7%-də maddə asılılığı müşahidə olunması ölkəni ən geniş yayılmış narkotik istifadəsi olan ölkə halına gətirir. Bir maddənin narkotik olub-olmamasına qərar verərkən şəxsin iradəsinə, zəkasına təsirinə, xəbərdaredici və ya zövqverici, sərxoşedici toksik təsirlərə, insanda alışqanlıq yaratmasına və zamanla istifadə olunan maddə miqdarının artırılma ehtiyacına baxılır.

Maddə İstifadəsi Faktorları:

Maddə istifadəsinə təsir edən müxtəlif faktorlar mövcuddur:

Kişilər arasında istifadə nisbəti qadınlara nisbətən daha yüksəkdir.

Narkotik maddələrin təsiri sakitləşdirici, stimullaşdırıcı və ya zövq verici ola bilər.

Tibbdə dərman şəklində istifadə edilən və sui-istifadənin qarşısını almaq üçün reseptlə satılan maddələrə “psixotrop” deyilir.

Narkotik maddələrə çıxış təəssüf ki, çox asandır.

Sosial-iqtisadi vəziyyətə görə istifadə edilən maddə növləri dəyişir.

Maddə asılığı olan gənclərin məktəb uğurları aşağı, dərs buraxmaları yüksəkdir.

Alkoqol asılılığının genetik keçidi ilə bağlı razılıq olsa da, digər maddələrlə bağlı eyni fikir birliyi yoxdur”.

O, həmçinin vurğulayıb ki, psixoaktiv maddələrin mərkəzi sinir sisteminə təsirini qeyd etsək, onları 4 cür təsnifatlaya bilərik:

1. Narkotik ( Keyləşdirici ) təsir edənlər (Heroin və s.),

2. Stimulyant (Həyəcanlandırıcı) təsir edənlər (Kokain),

3. Halüsinojen təsir edənlər (Sirr),

4. Depressant təsir edənlər (Alkoqol).

Maddə Asılılığının əsas əlamətləri hansılardır?

12-17 yaş arası uşaqların maddə asılılığına meylliliyi diqqət edilməli olan əsas məsələlərdən biridir. Maddə asılılığı yaş paylanmasına baxıldıqda isə 17-25 yaş arasında asılılıq göstəricilərində artım müşahidə olunur. Bir şəxsə maddə asılığı diaqnozu qoyulması üçün ən azı 3 əlamətin həmin insanda müşahidə olunması lazımdır:

Dözümlülük inkişafı (istifadə olunan maddənin təsirinin azalmasıyla istifadə olunan miqdarın artırılması),

Maddə istifadəsini fərdin idarə edə bilməməsi, maddə əldə etməyə və istifadə etməyə çox vaxt sərf olunması, maddə istifadəsi səbəbilə sosial həyat, karyera və şəxsi məşğuliyyətlərin azalması, maddənin planlaşdırılandan daha uzun müddət və ya miqdarda qəbul edilməsi.

Narkotik Maddəyə Asılılıq Növləri Nələrdir?

Psixoloji Asılılıq:

Fərd maddəni özünü onunla eyniləşdirərək maddə olmadan özünü yaxşı hiss etməyəcəyini və problemlərlə başa çıxa bilməyəcəyini düşünür.

(Maddə qəbulu zaman şəxs qısa müddət də olsa problemləri sıfıra endirir)

2. Fizioloji Asılılıq:

Maddəyə zamanla alışan orqanizm istifadə olunmadığı zaman normal funksiyalarını yerinə yetirə bilmir. (İlk vaxtlarda maddəsiz həvəssiz olduğu rəqsləri, idmanları saatlarla edir)

Bütün bu faktorları nəzərə alaraq maarifləndirmə kampaniyalarına hər birimiz qoşulub cəmiyyətimizi və dünyamızı bu bəladan xilas edə bilərik.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri