Ailədə tək, yoxsa çox uşağın olması daha yaxşıdır? | Icma.az
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. "Bu gün ailələrdə adətən, bir və iki uşaq olur.
Belə uşaq azlığını da sosial durumla bağlayırlar. Amma bu doğru deyil.
Ailədə uşağın az olması gələcəkdə daha böyük problemlərə yol açır” Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, ailədə bir və iki uşağın olması ilk növbədə gərginlik, stress yaradır: "Amma böyük ailələrdə heç bir kapriz olmur.
Hər kəs qismətinə düşənlə barışır. Üstəlik, böyük ailələrdə ədalət prinsipi olur.
Həm yeməkdə, həm geyimdə və hətta gəzməyə gedəndə belə hər şey ədalətli şəkildə ailə üzvlərinin sayına görə bölünür.
Ədalətli bölgü prinsipi, həm də uşaqlara ədalətli olmağı aşılayır. Artıq uşaqlıqdan, yeniyetmə vaxtlarından hər kəs bölüşməyi öyrənir.
Amma tək uşaqlı ailələrdə vəziyyət tam tərsinədir. Bütün diqqət tək uşağın istəklərinə yönəlir.
Tam oxu
Xəbəri oxu