Icma.az
close
up
RU
Ailədə tək, yoxsa çox uşağın olması daha yaxşıdır?

Ailədə tək, yoxsa çox uşağın olması daha yaxşıdır?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Bu gün ailələrdə adətən, bir və iki uşaq olur. Belə uşaq azlığını da sosial durumla bağlayırlar. Amma bu doğru deyil. Ailədə uşağın az olması gələcəkdə daha böyük problemlərə yol açır”

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, ailədə bir və iki uşağın olması ilk növbədə gərginlik, stress yaradır:

"Amma böyük ailələrdə heç bir kapriz olmur. Hər kəs qismətinə düşənlə barışır. Üstəlik, böyük ailələrdə ədalət prinsipi olur. Həm yeməkdə, həm geyimdə və hətta gəzməyə gedəndə belə hər şey ədalətli şəkildə ailə üzvlərinin sayına görə bölünür. Ədalətli bölgü prinsipi, həm də uşaqlara ədalətli olmağı aşılayır. Artıq uşaqlıqdan, yeniyetmə vaxtlarından hər kəs bölüşməyi öyrənir.

Amma tək uşaqlı ailələrdə vəziyyət tam tərsinədir. Bütün diqqət tək uşağın istəklərinə yönəlir. Nəticədə, uşaqda kaprizlər baş qaldırır, daha hikkəli, iddialı olur. Hesab edir ki, həyatdakı gözəlliklərin hamısı yalnız onun olmalıdır. Bu olmayanda isə o aqressivləşir, ətrafına qarşı nifrət püskürür. Çünki ailədə tək böyüdüyü üçün bölüşmək nədir bilmir, ədalət hissindən uzaq böyüyür”.

Psixoloq əlavə edib ki, böyük ailələrdə uşaqlar təkcə ədalətli yox, həm də mübariz olurlar:

"Məsələn, küçədə dava olanda ilk haraya qardaş və yaxud bacı çatır. Bu harayçılıq həm də həmin uşaqda ədaləti və obyektivliyi tərbiyə edir. Böyüyüb cəmiyyətə qatılanda da həmin adamın kiminsə haqqına əl uzatmır, əksinə zəifə, yıxılana əl uzadır. Amma ailənin tək usağı tam fərqli şəkildə böyüyür. Heç kim üçün vuruşmur, heç kimə görə cavabdeh olmur. Ancaq özünü düşünür.

Mən deyərdim ki, böyük ailələrdəki uşaqlar daha vətənpərvər olur. Çünki o ailədən çıxan gənc kimin üçün vuruşduğunu və hətta öldüyünü bilir. Düşünür ki, onun mübarizəsi bacı-qardaşlarının xoşbəxt həyatına təminat yaradacaq. Bəs, tək uşaq kimin üçün vuruşmalıdır ki?! Axı, onun uğurunda öləcəyi bacı-qardaşı yoxdur”.

O, daha bir həssas məqama toxunub:

"Bu gün demək olar ki, hər ailənin psixoloqu var. Hər kəs uşağını psixoloqa aparır. Səbəb də müxtəlifir. Kimi deyir ki, uşaqda özünə qapanma var. Kimi deyir ki, uşaq çox aqressivdir. Kimisi də deyir ki, nitqi qüsurludur. Bütün bunların səbəbi ailədə bir və yaxud iki uşağın olmasıdır.

Əvvəllər çoxuşaqlı ailədəki uşaqlar düşüb həyətdə saatlarla oynayıb, yorğun halda evə gəlirdi. Ən azından hər gün sosiallaşırdı. Amma indi uşaqlar tək olduqları üçün sosiallaşmırlar, heç kimlə ünsiyyətdə olmurlar və bütün meyillərini telefona yaxud televizora salırlar.

Birtərəfli ünsiyyətsə uşaqlarda özünəqapanmaya səbəb olur. Bunun da nəticəsində bəzi uşaqların nitqi qüsurlu olur, bəziləri az ünsiyyətdə olduqları üçün münasibət qura, özlərini ifadə edə bilmir və bu da həmin uşaqlarda psixi problemlər yaradır.

Tək uşaqlar ərköyün, bölüşməyi bacarmayan, eqoist olmaqla yanaşı həm də aqressiv olurlar. Bu aqressivliksə zamanla özünü göstərir və həmin gəncə ciddi problemlər yaradır. Bir sözlə, ailədə bir və iki uşağın olması çox ciddi psixoloji və mənəvi problemlərə səbəb olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri