AK Partinin deputatı: “Dövlətlə Öcalan arasında “bazarlıq” olmayıb” | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışı, Prezident Rəcəb Tayyib Ərdoğanın və siyasi partiyaların dəstəyi nəticəsində dünən PKK terror qruplaşmasının lideri Abdullah Öcalan tərəfindən tarixi bir addım atıldı”.
Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Abdürrahim Fırat “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Öcalanın PKK-nı özünü ləğv etməyə və terrorçuları silah buraxmağa çağırması çox əhəmiyyətlidir: “Türkiyə 1970-ci illərdən bu günə qədər terror bəlasından maddi və mənəvi olaraq böyük zərər çəkib, şəhidlər verib.
Lakin Öcalanın dünənki çağırışından sonra ölkəmizin terrorsuz gələcək istiqamətində ilk addımın atıldığını düşünürəm.
Onun tarixi çağırışı bütün terrorçular tərəfindən qəbul edilməlidir. İnşallah, bu çağırış müsbət qarşılıq alacaq.
Hər birimizin gözləntisi və ümidi bu istiqamətdədir. Hamımızın arzuladığı terrorsuz Türkiyə hədəfinə doğru əmin addımlarla gedəcəyimizə inan
Millət vəkili qeyd edib ki, PKK-nın özünü ləğv etməsi üçün şərait kifayət qədər uyğundur: “Artıq gəldiyimiz nöqtə və yeni dünya reallıqları
Tam oxu
Xəbəri oxu