Icma.az
close
up
RU
AK Partinin deputatı: “Dövlətlə Öcalan arasında “bazarlıq” olmayıb”

AK Partinin deputatı: “Dövlətlə Öcalan arasında “bazarlıq” olmayıb”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışı, Prezident Rəcəb Tayyib Ərdoğanın və siyasi partiyaların dəstəyi nəticəsində dünən PKK terror qruplaşmasının lideri Abdullah Öcalan tərəfindən tarixi bir addım atıldı”.

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Abdürrahim Fırat “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Öcalanın PKK-nı özünü ləğv etməyə və terrorçuları silah buraxmağa çağırması çox əhəmiyyətlidir:

“Türkiyə 1970-ci illərdən bu günə qədər terror bəlasından maddi və mənəvi olaraq böyük zərər çəkib, şəhidlər verib. Lakin Öcalanın dünənki çağırışından sonra ölkəmizin terrorsuz gələcək istiqamətində ilk addımın atıldığını düşünürəm. Onun tarixi çağırışı bütün terrorçular tərəfindən qəbul edilməlidir. İnşallah, bu çağırış müsbət qarşılıq alacaq. Hər birimizin gözləntisi və ümidi bu istiqamətdədir. Hamımızın arzuladığı terrorsuz Türkiyə hədəfinə doğru əmin addımlarla gedəcəyimizə inanırıq”.

Millət vəkili qeyd edib ki, PKK-nın özünü ləğv etməsi üçün şərait kifayət qədər uyğundur:

“Artıq gəldiyimiz nöqtə və yeni dünya reallıqları çərçivəsində PKK-nın gələcəyi yoxdur. Onlar bundan sonrakı hərəkələrinin çox məhdud olacağını bilirlər. Ona görə Abdullah Öcalanın çağırışına müsbət cavab veriləcəyinə inanıram. Çünki terror qruplaşmasının qurucusu, ideoloqu və strategiyasını müəyyən edən şəxs özü PKK-nı ləğv etməyə çağırdı. Bunun baş verəcəyini düşünürəm”.

Deputat bütün terrorçuların silahı yerə qoyma ehtimalını yüksək dəyərləndirib:

“Məncə, bütün terrorçular silahı buraxacaq. Türkiyədə yaşayan hər bir fərd öz istəklərini və tələblərini demokratik yollarla çatdırmalıdır. Düşünürəm ki, PKK-nın bir qolu olan PYD və YPG də Öcalanın çağırışına müsbət cavab verərək, silahlarını yerə qoyacaqlar. 

Biz ümidli şəkildə gözləyirik. Çağırışın müsbət nəticə verməməsi, sülh prosesinin olmamasına yönəlik heç nə yoxdur. Cəmiyyətin 90 faizindən çox hissəsi də bu prosesin müsbət məcrada yekunlaşmasını arzulayır. Artıq onu gerçəkləşməsinin zamanıdır”.

Abdürrahim Fırat onu da vurğulayıb ki, Öcalanla “bazarlıq” edildiyi iddialar həqiqəti əks etdirmir: 

“Türkiyə dövləti ilə Abdullah Öcalan arasında hansısa bazarlıq olmayıb. Belə bir şeydən söhbət belə gedə bilməz. Mövcud reallıqlar çərçivəsində bu qərarın verildiyini düşünürəm”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: terror Öcalan Abdürrahim Fırat Azerbaycan Abdürrahim Fırat Azərbaycan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri