Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 21-də Milli Kitabxanada AMEA-nın Naxçıvan Bölməsinin sədri Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin kitablarından ibarət kolleksiyanın və “Akademik İsmayıl Hacıyev” adlı ənənəvi və elektron kitab sərgilərinin təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, bu barədə Milli Kitabxanadan bildirilib.
Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov İsmayıl Hacıyevin çoxşaxəli fəaliyyətindən danışıb.
Qeyd edib ki, saysız-hesabsız elmi əsərlər müəllifi olan, Naxçıvan Muxtar Respublikasının tarixinin salnaməsini yaradan tədqiqatçı-alim Milli Kitabxanaya 170-dən artıq kitabını hədiyyə edib.
O, həm Milli Kitabxananın fondunu xeyli zənginləşdirib, həm də tarix elminə böyük hədiyyə olan kitablarının gələcək nəsillər üçün etibarlı mühafizə olunmasına və öyrənilməsinə şərait yaradıb.
Kərim Tahirov, həmçinin akademik İsmayıl Hacıyevin onlarla tarixçi alimlərin yetişməsində xidmətlərindən də danışaraq zalda əyləşənlərin əksəriyyətinin onun tələbələri və yetişdirmələri olduqlarını də diqqətə çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Milli Kitabxanada təşkil olunan bu təqdimat İsmayıl Hacıyevin ilk kitab təqdimatıdır.
Tam oxu
Xəbəri oxu